Gələn gəlir, gedən gedir, çumur-çumur adın nədir?Qalan nədir, gedən nədir, çumur-çumur adın nədir?

Həyat ki «Səndə-Məndə»dir, ya səndədir, ya məndədir,Nədən bəs hamsı səndədir, çumur-çumur adın nədir?

Quru odunda yaş yanıb, üzük itibdi qaş yanıbQurum çökür ocaq sönür, çumur-çumur adın nədir?

Yalanı tərif eylədim, olanı təhrif eylədimBu qarnım ac, əlim xəmir, çumur-çumur adın nədir?

Uduzdu, məncə udmadı, yanında idi, tutmadıKəsildi yoxdu səs-səmir, çumur-çumur adın nədir?

Külək gözündə qum salıb, səni zəmanə mum salıb,Adın nə idi? Daşdəmir, çumur-çumur adın nədir?

Maaş pulu gedir yola, yemək güdür yazıq balaBir aydı barmağın əmir, çumur-çumur adın nədir?

Zaman-zaman içib qanı, bu qanla saxlayıb canıBax, indi də canın güdür, çumur-çumur adın nədir?

Qızıl dirək qəsrdədir, o qız-gəlin əsirdədir,İgidlərin qəbirdədir, çumur-çumur adın nədir?

Cahan yetir nəhayətə, zaman çatır qiyamətəMələk enib sual edir, çumur-çumur adın nədir?

Baba, günahla oynama, günah içində qaynamaKeçir ömür, gəlir Əmir, çumur-çumur adın nədir?

24 aprel 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets