Səs elə, səslə məni
Bu payız seçkidir, ey kəs, səs elə, səslə məni,Tələsib mənsəb üçün əs, səs elə, səslə məni.
Kimi sahildə butulka, kimi boş banka yığır,Sən də düş qaplara yığ səs, səs elə, səslə məni.
Demişəm dövlət üçün bəsdi ilantək mələdin,Dedi etməz mənə bu bəs, səs elə, səslə məni.
Quzular qurdlara, vallah, səsi dinməz verəcək,Dinənin də yeri məhbəs, səs elə, səslə məni.
İşimiz tutsa qatıq, tutmasa ayran içərik,Niyə lazımdı düşək pəs, səs elə, səslə məni.
Gələcək əsrimizə Sahib İmam Məhdi gədir,Hələlik işlərimiz nəhs, səs elə, səslə məni.
Bu vəziyyət dəxi cinləndirəcəkdir fələyi,Dönəcək çərxi onun tərs, səs elə, səslə məni.
Belədir bu, belə olmuş, belə daim olacaq,Bizə keçmişdir İliç dərs, səs elə, səslə məni.
Belə söz var Bakıya cani Köçəryan gələcək,Qulağından yapışıb kəs, səs elə, səslə məni.
Başımın üstə Xuda, əldə Quran, dildə Əli,O hayes, mən də ki, «Türkəs», səs elə, səslə məni.
Babanın bürcünü vallahi, bilənlər bilirəm,Baba ilə eləməz bəhs, səs elə, səslə məni.
11 avqust 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-ses-ele-sesle-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Üz yumuşaq, ar ilə qeyrət zəif,Bərk canımız yaxşıdı ki, yaxşıdı.
Sultanımızdan bezmişikQalmışıq evsiz-eşiksiz canımızdan bezmişik,Üzmüşük torpaqdan əl, ünvanımızdan bezmişik.
No... olub ala?!Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
Dəyişsək, əgər ünvanımızıDeyirəm ya soyunub göstərək üryanımızı,Ya da ki, dar geyinib pırtdadaq hər yanımızı.
Poems by other poets
Əyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,