Yetmişəm vəslə, könül, hicranım otpuskadadır,Özüm otpuskadayam, həm xanım otpuskadadır.

Dedi otpuska pulu qaldı ilin axırına,Tək özüm yox, demə həm «şirvanım» otpuskadadır.

Yalvarıb ruzim üçün göylərə tutdum üzümü,Susdu göylər də, yəqin Sübhanım otpuskadadır.

Fələyin doqquzu birdən-birə döndərdi üzün,Sırıdı dərdi mənə, dərmanım otpuskadadır.

Uzun illər bu ürək sirrimi pünhan elədim,İndi aşkar deyirəm, pünhanım otpuskadadır.

Gözləməzdim ki, inan düşmənimin eylədiyin,Eləyər dost mənə, ta düşmanım otpuskadadır.

Pünhanam, həqq dilimdən süzülüb çıxdı canım,Şükr ola, indi ömürlük canım otpuskadadır.

22 avqust 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation