Sonuncu vaqonun qırmızı işığı
Gecənin zülmətindəİtibdir yollar-izlər,Çaylar, göllər, dənizlər.Gecənin zülmətindəBircə rəng hökmrandır,Başqa rənglər yalandır.Gecənin zülmətindəSönüb ulduz,Batıb ay...Gecənin zülmətindəKömür ütüsüylə ütülənibEniş,Yoxuş,Dolay.Fəqət,Uda bilməyir zülmətSonuncu vaqonun qırmızı
Fanarını,Ömrün gecə qatarını...
TimsahGünəşi uda bilməyən təkSəni dəZülmət uda bilməyəcək,Ay ürək!Çaqqıldayır təkərlərRelslərin calağındaKeçir gecə qatarı,Yanır qırmızı işıqZülmətin qucağında.Heydən düşür paravozİniltili fit çalır,Gedir ömrün qatarıDayanacağa az qalır...
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-sonuncu-vaqonun-qirmizi-isigi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Bir ləhzə istəməm olasən dur, mən səniBir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.
Aşıq Valehlə aşıq Mahmudun 4-cü deyişməsiDördüncü deyişmə*Aşıq Valeh