Yanaşdı çar generalıçərkəzlərin başçısına,dedi, gəlin yaxşılıqla, xoşluq iləqəmənizi qoyun qına.

Sultan sizi həmişəlik töhfə verib,bağışlayıb çoxdan bizə.İndən belə hakim bizik, ağa bizikbu sahilə, bu dənizə.

Qarlı dağ da, coşqun çay da, isti su da,göy meşə də bizimkidir.Arx altında, yol üstündə bitən ot da,bənövşə də bizimkidir!

Çərkəz boğdu qəzəbini, hiddətinigücə nəfəs ala-ala!Gözlərini mənə ilə qıyıb dedizor paqonlu generala:– Çərkəz oğluqolu bağlıqul olmamış heç bir zamannə bir çara, nə sultana.Bu səbəbdən xəncəri də girməyibdir,ömrü boyu girməz qına!

Hər töhfəyə, hər bəxşişə tamah salıbgötürməyi bilmə asan,ağacdakı o quşa bax,bağışladım onu sənə;Səninkidir, tut, general,görək necə tutacaqsan...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring