Sinəsi dağlı dağ
Mehribandır, şəfqətlidir,Gileylidir, hiddətlidir,Hüznlüdür Axun dağı.Seyr edirəm zirvəsindənUzaq dağı, yaxın dağı.
Qarlı Qafqaz qaşqabaqlı,Göy təpələr fikrə gedib.Dara düşən dağ kəlləriÖz-özünü həlak edib.
Qartalların ox lələyiSancılıbdır qayalara.Özlərisə bilən yoxdur,Bilən yoxdur... uçub hara.
Kol-kos örtən yamaclardaMeşələşən bağlara bax:Peyvənd armud, şirin gilas...Aullardan verir soraq.
Qalalarda tarixlərinAçılmamış qatı qalıb.Tayfaların, nəsillərinBurda ancaq adı qalıb.
Adı qalıb kənd-şəhərdə,Adı qalıb oymaqlarda.Adı qalıb çayda, göldə,Adı qalıb bulaqlarda.
Dağ havası, dağ nəsimi,Dağ çiçəyi, qar, bənövşə,Gül şehində gülən günəş,Qara dəniz, yaşıl meşə...
Gəlib gördü bir hökmdar,Ürəyinə yatdı yaman.Bircə udum nəfəs dərcəkDimağından uçdu duman.
Zənd elədi bir təpədənXoflu-xoflu hər tərəfə.Düşündü ki, necə baxımRahat-rahat burda kefə?Dağlıların əməlindənƏskik olmur heç vaxt qəza.Xam at kimi şahə qalxarDağ çəkməsəm mən Qafqaza.
Xəfifcə bir təbəssümləSığal çəkib bığlarına,Qələm çəkdi dağlılarınTaleyinə, rüzgarına.
İlim-ilim itdi ellər,Adı qaldı.Hörüklərdə igidlərinAtı qaldı.
Körpələrin açılmamışDili qaldı.Qoca ömrün hələ neçəİli qaldı.
Halal işin, düz əməyinBarı qaldı.İnsanların torpaq adlıƏn sevimli,Ən müqəddəsVarı qaldı.
Qaldı...Sürdü başqalarıBu yerlərin səfasını.Talelərdən qisas alanBir gün aldı cəzasını.
Yenə də xoş üz göstərirGəlib gedən qonaqlaraHər kənd-şəhər.Lakin kimsə soruşmayırEv yiyəsi gedib hara,Haçan gələr?!
“Ev yiyəsi! Ev yiyəsi!”Cavab yoxdur bu nidaya.Üz tuturam göy meşəyə,Üz tuturam Aqurçaya.
Təngişdirir yol nəfəsi,Asta-asta çağırıram:“Ev yiyəsi! Ev yiyəsi!”Boğuq-boğuq əks eləyirDərin dərə həmin səsi:“Ev yiyəsi! Ev yiyəsi!”
Dikəlirəm zirvələrə,Bəlkə ordan çatdı səsim.Bir mehrabın qarşısınaYetişəndə batdı səsim.
Mehribandır, şəfqətlidir,Gileylidir, hiddətlidir,Yol gözləyən ana kimiHəsrətlidirAxun dağı!
Sinəsində tarixlərinUzaq dağı, yaxın dağı...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-sinesi-dagli-dag
Use ← → keys to move, R for a random poem
More by this author
Akademik, memar Mikayıl Hüseynova*ithaf edirəm*
Suların laylasıBir suçu yol boyu arx qaza-qazaAxır bu gün gəlib bostana çıxdı,
“Gəlin atlandı”Qollar rəqs eləyir, baxışlar gülür,Ürəklər çırpınır başqa büsatla.
“Biriniz od, biriniz su...”Oğul evləndirib qız köçürənlərTəzə duyğularla qol-boyun olur.
Poems by other poets
Övlədə yükün tütüldi.Hayıf ki, belim büküldi.
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد
DəyişilirHər "moda", hərnəsnə, həradəm, qərəzhər şey kivar,Fikir, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar,
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər