Günəş baxır təbəssümlə –Duman dönür qızıl tülə,Buzlu şırran gəlir dilə:Novruz çatıb yaz vaxtıdır.Yolda dardan dara düşüb,Çox tufana, qara düşübBədxahları tora düşüb,Kef-damağın saz vaxtıdır.

Şimşək çaxır, biz də çaxaq,Yığıb dərdi qalaq-qalaqKomasına qoy od vuraq,Ocaq vaxtı, köz vaxtıdır.

Ara, axtar hər guşəni,Gəz çəməni, gəz meşəni,Öpüb ayılt bənövşəni,Təbiətin qız vaxtıdır.

Başqalaşıb üzü dönsə,Çiçək üstdə qar görünsə,Hərarəti artsa, sönsə,İncimə ki, naz vaxtıdır.

Küsmüsənsə barış bu gün,El-obaya qarış bu gün.Gözaltınla danış bu gün,Əhdin-eşqin düz vaxtıdır.Çərşənbənin son axşamı,Qoşa yanır tale şamı.İstəyinə çatsın hamı,Hər qismətin öz vaxtıdır.

Yazın adı dodağımda,Səmənisi otağımda.Mənim ana torpağımdaBüsat vaxtı, saz vaxtıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring