Ey səba, Tanrı üçün et bir dəm mənimlə yarlıq,Yara ərz et ki gələrmi yardan əğyarlıq

Ta mey gülgun ola, məst olmayan divanədir,Kim bilər hüşyar olan naçardır hüşyarlıq

Taqətin yoxdur, təbibim, var məndən əl götür,Kim bu dərd ilə mənə düşvardır qəmxarlıq

Mən onunçün şükr edib yalvarmanam gərdunə kim,Pək gələr nakəs dəvasından mənə bimarlıq

Aşiq olmaz, olmaya dilgir, kim mümkün deyil,Eşqdən xoşhallıq, seylabdan mə'marlıq

Cism candır bir-bir ilə, eşqü-hüsnün nisbəti,Olsa gər azarlıq mümkün deyil bizarlıq

Dəhrdə tavar, Qövsi, lazim ü məlzumdur,Əqli-naqis padşahlıq, eşqi-kamil xarlıq

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love