Contents
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Page 10 of 15 · 60%

Altı saat yarım da zöhrü qılıb, qalxıb, axşama yarım saat qalmış haman o biyabanda yatdıq. Yolu da tamam çaxmaq daşıdır.

O gecə orada yatıb saat yeddidə qalxıb dördümcü, seşənbə günü saat altıda gəlib Məan şəhərinə çatıb oturaq etdik. Məana yarım saat qalanadək düz səhra ilə gəlinir.

Məan əslində bir böyük şəhər imiş. Bəni-Üməyyələr otururmuş. Sonra xarabalığa təbdil olub, pərakəndə olubdur. Hala təmir olmaqlığa bina olunur. İki təzə qalası var Əbdülməcid xan yapdıran. Birinə Qəleyi-Hicazi deyirlər (Hicaz tərəfində olduğu üçün) və birinə Qəleyi-Şami deyirlər (Şam tərəfində olduğu üçün). Əskidən (Sultan Süleyman zamanında) yapılan bir qalada var. Ona Qəleyi-Sultani deyirlər.

Burada qayətdə hulu, hamız nar olur və üzüm olur. Hüccaclar gəldikdə tamam xatunlar səf-səf ocaqlar qayırıb, balaca-balaca çörəklər bişirib satıllar. Və balaca və büzürg qəryələr də xatunlar və ərlər gətirib yağ satıllar.

Kənarında balaca nəhri var, su axar. Və şəhərin içində quyusu var; çuxura maildir. Lakin çıxmazdan bir gün əvvəl — çaharşənbə axşamı bir qədər yağmur yağıb, tez kəsilib, gecəsi pək savuq oldu. Sabahı bulud çəkilib, göyçək gün çıxdı, könüllər açıldı. Hükkam və müqəvvimlər xudayi-ləmyəzələ çox həmdü səna etdilər, çünki Məan yağmurundan ziyadə ehtiyat olunur imiş. Hətta hükkamlar rəvayət edirlər ki, tarixi-a[l]tmış səkkizdə bir gündə üç kərə yağmur yağıb, kəsilib, dəvələr yüklənib, genə düşürülübdür. Buna görə çox şükür-səna olundu.

Mahi-səfərin dördündə Məana girib, altısında çıxdıq. Bu mabeyndə cəvaniblərə gəzib seyr etdik. Məandan Misir əqəbəsinə on saatdır və Xəlil-ərrəhmana dörd dəvə mənzilidir.

Mahi-səfərin 6[-sı]. Karvan qalxıb, yola düşdü. Səlat əvafların edib, gəlib, doqquz saatlıq da Üneyzə adlı mənzilə çatdıq. Məandan bir saat qədəri yolu alçaq və əla[dır]. Və bir qədər əqəbəsi vardır. Burada qəribə rəkdaşlar vardır və Vadiyi-məmsux deyirlər.

Əfvayi söyləyir ki, insan imişlər, sonra daş olmuşlar.

Bədə bir düz səhra ilə gəlinir. Yolun sağ və sol tərəfində bir az uzaqdan qum kimi qobular görünür. Kənarlarda yovşan və qeyrə dəvə əkledən otlar vardır. Bu mənzil susuz yerdir. Bərkəsi var qalanın qabağında; yağmur olur isə, su bulunur, yoxsa, bulunmaz. Məandan həfəzə qaldırırlar.

Mahi-səfərin 7[-si]. Sübh namazın qılıb karvan yola düşdü, səlat əvafların edib, gəlib on bir saatlıqda Həsa adlı mənzilə yetdi. Yolu əyri-müyrü. Eniş-yoxuşu var. Ətrafları biyabandır və alçaq təpələr görünür. Mənzilə iki saat qaldıqda bir əqəbəvar; başı aşağı düşülüb başı yuxarı çıxılır. Bu mənzilin qalası var bir az aralı. Qarşısında bərgəsi var. Yağmur olmasa su bulunmaz. Həfəzə götürürlər. Bu, çuxur kimi yerdədir. Ortadan kəsdirmə döşəmə daşdan misirli İbrahim paşa yapısı, körpüsü var. Üstündən palçıq olanda hüccac və dəvələr gedirlər. O körpünü yağmurun qabağından çəkibdilər ki, su bərgəyə getsin və həm dərələrə yağmur gələndə hüccaca zərər etməsin deyü. Bu yerin yağmurundan çox ehtiyat olunur. Rəvayət edirlər ki, zamani-sabiq də yağmur olub, hüccac ancaq nəfslərin götürüb çıxıbdılar.

Qalanın içində beş-on adamlar oturur mühafiz (aylıq alıb padşah tərəfindən). Buraya Qüds qərib olmaq səbəbi ilə türünc, limu və qeyrə zaxirələr gətirib satıllar. Bu sənə bir kəs gəlib satmadılar.

Bunda həzrəti-Əli kərə müllah vəchə övladından Məhəmmədül-Hənəfi və qəsi olmuşdur. Şeyx Cəlaləddin Xəlvəti mədfundur.

Mahi-səfərin 8[-i]. Sübh namazın qılıb yola düşdük. Namaz əvafların edib, gəlib on iki saatlıq da Qətran adlı mənzilə çatdıq. Məsadan yola düşdükdə bir qədər döşəmə daşlıq ilə gəlib, sonra bir az başı aşağı enilib bir qədər uzun əqəbəyə qalxılır. Bədə bir az gedib iki alçaq dərə arası ilə karvan gedir saat yarım qədəri, sonra eniş-yoxuş gedilir. Gah vaxt yolun sol tərəfində yağmır suyu bövük çuxur[a] dolub durar, məsakin-füqəraların çox imdadına çatar. Yeddi saat qədəri yol gah daşlıq, gah bir az düzdü. Bədə iki saat qədəri hamavar və qum saldır. Sonra genə daşlığa düşülür əndir-ündür ta mənzilə qədər.

Bu qonağın qalası, içində quyu suyu, qarşısında bərgəsi vardır. Bir körpü çəkilib döşəmə daşdan suyun qabağına hasar kimi — yağmur gələndə xarablıq olmayıb bərgəyə getsin deyü.

Bu qalanın içində də zabit oturur bir az adam ilə (aylıq alıb).

Mahi-səfərin 9[-u]. Səhərdən toplar atılıb, sübh namazın qılıb, karvan yola düşüb, namaz əvafların edib, gəlib on bir saatlıq da Bəlqa adlı mənzilə çatdı. Yolu altı saat qədəri daşlıq, əyri-müyrü, əqəbəlidir. Bədə mənzilə gəlincə daşlıq deyildir, düz kimidir.

Bu qonağında qalası var; susuzdur. Bərgə var. Əgər yağmur olur isə su bulunur, yoxsa bulunmaz.

Mahi-səfərin 10[-u]. Səhərdən namazı qılıb yola düşdük. Mənzilə çatmayıb səkkiz saatlıq da bir susuz səhrada qaldıq. Buraya gəlincə yolun iki saat qədəri eniş-yoxuşu var. Sonra düz, qum sal yol ilə gəlinir. Beş saat qədər gəldikdə yəmin tərəfdə köhnədən bir xaraba karvan saray var naxışlı, qəribə rəkdaşlardan bina olmuş.

Mahi-səfərin 11[-i]. O qaldığımız səhradan sübh namazın qılıb, namaz əvafların edib, gəlib Bəlqa adlı mənzildən on altı saatlıq da olan Eyni-Zərqa adlı mənzilə yetişdik. O gecə orada istirahət etdik. Eyni-Zərqaya altı saat qədəri qalmış, yolu daşlıq, əyri-müyrü əqəbələrdir ta Eyni-Zərqaya can.

Eyni-Zərqa dedikləri bir yerdir [ki], dörd ətrafı bir az təpələrdir. İçində yaxşı axar suyu var bir-iki dəyirman işlədən qədəri; yerdən çıxır. Təpə üstə, şimali tərəfində qalaçası var. İçində bir zabit oturur bir az adam ilə. Cənubi tərəfində bir xaraba qala vardır. Bu suyun üstə çox qarğuluq var. O qarğudan ərəblər və xatunları toma-toma evlər qayırıb, incə ətməklər bişirib hüccaclara satırlar. Nili-mübarəkdən keçdikdən sonra böylə axar su görmədiyimizə, bunun suyu və axması qayətdə bizə xoş gəldi; xüsusən kənarında yaşıllıq gördükdə. Çox qalın və uzun qamış içində zaqqum ağacı (gözəl çiçək ilə) və həm böyürtkən və sair abı çiçək.

Mahi-səfərin 12[-si]. Eyni-Zərqadan sübh namazın qılıb yola düşdük. Əvafi-zöhrü edib, gəlib doqquz saatlıq da Məfrəq adlı mənzilə [çatdıq]. Əvafi-əsr və məqribi edib, orada yatmayıb, su olmamaq səbəbiylə qalxıb beş saatlıq da Vadiyi-Rəmətə adlı səhraya düşdük.

Eyni-Zərqadan qalxdıqda bir saat qədəri yolu pək əqəbədir. Bədə bir az əqəbəlik çəp-çəpdir iki saat qədəri, sonra düz və səhradır.

İki saat qədəri gəldikdə yolun sağ-solunda üç zira qədəri mərmər daşdan sütunlar var üçü bir yerdə, ikisi bir yerdə, biri də yolun ortasında kəsr olub köndələn düşmüş. Ərəblər söyləyir ki, Nəmruddan qalan sütunlardır. Bəzilər deyirlər o sütunlar əslində dörd imiş — çox əlavə üksək. Üstündə taxt var imiş; banisi də Ətəbə adlı övrət ola-Əbi-Ləhəb övrəti.

Məfrəqin qalaçası var. Suyu yoxdur. Zərqadan həfəzə qaldırırlar.

Mahi-səfərin 13[-ü]. Haman qaldığımız səhrayi-məzkurdan, sübh namazın qılıb karvan yola düşdü. Səlat əvafların edib, gəlib Məfrəq adlı mənzildən on dörd saatlıq da olan Müzeyrəb adlı mənzilə yetişdik. O səhradan dörd-beş saat qədəri yol gəldikdə bir əqəbəyə yolu xulur. Yarım saat qədəri əqəbəni çıxıb qurtardıqda düzə düşülüb, adamları fərar edən Rəmətə adlı qəryənin üstündən keçilib, iki saat yol gəldikdə Şam tərəfindən hüccacın istiqbalına əsgərlər əllərində baydaqlar və nizələr və atlar oynada-oynada gəlib hüccaclara mülaqat olduqda qayət şadlıq və bəşaşətlik etdilər. Bu əsnada bizim də ürəyimizə həm qürbət və həm məmləkət təəşşüqü xütur edib cünbüş etdikdə taxtımızdan nüzul edib, yedək atımıza süvar olub, bir neçə şəxslər və mülazimlər ilə o səhrada çahar ətrafa seyrü cövlan edib, öz-özümüzə şükür-sənalar eləyib fərəh və nəşat verdik.

Rəmətə bir bövük qəryədir yolun sol tərəfində. Adamları qaçmış, xalidir, evləri də yernən bərabər, daş içində yapılmışdır. İçində Şeyx Əsmər Təkər vərigün bədi var. Ziyarət edirlər. Yolu ta Müzeyrəbə gəlincə səhradır. Sultan Səlim binası bir qaladır. İçində otuza qədər ərəb evləri olur. Yaxşı axar çay kimi gölü var. Bir səhranın ortasıdır. Ziyarət edərlər.

Mahi-səfərin 14[-ü]. Müzeyrəbdən, sübh namazın qılıb karvan yola düşdü, səlat əvafın [edib], Misir ordusu olan məkan[a] gəlib doqquz saatlıqda Kütəyyibə adlı mənzilə yetişdi. Yolu, gah yeri daşlıq və gah yeri daşsızdır. Çox iri daşlığı var. Yürüdükdə dəvələrə ziyadə zəhmət olur.

Saat üçdən səkkizə gəlincə sağ-solda xaraba Nəfsnam qəryəsindən və Səməskinnam qəryəsindən və Büneyb adlı qəryədən, Validli adlı qəryədən keçilir.

Bu Kütəyyibə adlı mənzil bir gözəl yerdir. Ətrafları ziraat və səhralardır. Baxanda könüllər açılır. Bir yaxşı bulağı var.

Random poem

Poems by other poets