Səfərnamə
Contents
Page 9 of 15 · 53%
Məhərrəmin 23[-ü]. Zöhrü qılıb, axşama beş saat qalmış qafilə yola düşdü. Səlat əvaflarına düşüb, haman gecə yol edib, sübhdən beş saat keçmiş on səkkiz saatlıq da Bərgeyi-müəzzəmə adlı mənzilə çatdıq. Qayətdə böyük bərgəsi var. Lakin bir qədər təmirə möhtacdır. Əlhal suyu yoxdur. Və bir qalası var qədimdən təmir olunmuş.
Məhərrəmin 24[-ü]. Axşama beş saat qalmış yola düşüb, əsr və axşam və məsa və sübh əvafların edib, on yeddi saatlıq da gəlib Əxizər adlı mənzilə yetişdik.
Əxizər haqqında Hacı Məhəmməd Ədib əfəndi belə yazır ki, “mənazili-nəbəvidəndir. Və bir məscidi-şərif vardır Sultan Süleyman xan zamanında bina olmuş. Bir qala və beşbərgə[si] vardır. Qalada bir böyük quyu vardır. Quyudan su çəkib, xarici-qalada olan bərgələri doldururlar. Quyunun suyu qayət lətifdir. Bəziləri bir qaç qonaq gətirirlər. İş bu quyudan həzrəti-Əyyub əleyhüs salam yığanıb, vücudi-şəriflərində olan qurdlar düşüb daş olmuşdur deyü mərvidir. Hala düşürürlər və bunda həzrəti-Xızır məqamı olduğu mərvidir. Və dəruni-qalada Heydərbaba mərqədi-ziyarətgah[ı] vardır.
Şam qullarından iyirmi nəfər mühafiz qalada vardır. Qaladan bərgəyə doldururlar. Qalayı sultani-müşarileyh zamanında doqquz yüz otuz səkkiz tarixində ürban harisə bəyi Türban ibn Fəraca Şam valisi Mustafa paşa[nın] əmriylə və əmri-sultani-müşarileyh ilə bina eyləmişdir, zira Bəni-Lam ürbanı üsyan edib quyuyu doldururlar idi. Qalanın qarşısında bir bürc vardır. Yenə bəzi məhəlli daşlıqlı və bəzi düz, qum saldır. Bir dar boğazdır. Səqqa başılar hüccaca şərbət səqa edərlər. Bu qonağın ətrafi-ərbəəsi dağdır. Bəni-Lam tayfası bu məhəllərdə sakin olmaları ilə bəzən boğazı sədd edərlər. Əxizərə qərib Səqəbi-Əxizər nam məhəll vardır. İş bu məhəlleyi-Əxizər Dəməşqüş-Şamdan Məkkeyi-mükərrəməyə dəkin nisfi-təriqdir.
Bərgeyi-müəzzəməyə varılacaq məhəldə Qazı baxçaları deməklə ərif məhəll vardır. Heydər boğazı tamam olunca bir vase səhraya varılır. Bəzi qar kimi bəyaz qumlu dağlar vardır”. İntəha.
Bu gün (ki məhərrəmin iyirmi beşidir) burda qalıb, axşam mərhum olmuş Surə əmməni qumda dəfn edib və gecə qaldıq bu mənzildə. Bir cüzi yağış yağıb, hava purtlaşıb, savuq oldu.
Məhərrəmin 26[-sı]. Sübh şafei namazı vaxtında qafilə yola düşdü. Heydər əqəbəsin qalxıb, dar və daşlı yoldan çıxıb, sabiq üzrə əvaflara düşüb, axşam on iki saatlıq da Müğayirül-qələndəriyyə adlı mənzilə düşdük. Bir qalası var. Susuz məhəldir. Yolunda çox qurda müşabih daşlar cəm edərlər dava deyü və “həzrəti-Əyyub qurdudu” deyü — xüsusən şamlı və əcəm xalqları.
Məhərrəmin 27[-si]. Sübhə beş saat qalmış yola düşüb, günorta vaxtına on iki saatlıq da Asi-xurma adlı mənzilə düşdük (nami-digər Təbük).
Məhəmməd Ədib əfəndi yazır ki, yaban xurması çoxdur. Rəsuli-möhtərəm səlləllahü əleyhü və səlləm həzrətləri bənəfsəhü qəza niyyətiylə Təbükə təşrif buyurmuşlardır. Sultan Süleyman zamanında bir qala və bir bərgə bina olunmuşdur. Dəruni-bərgədə eyn vardır; suyu çoxdur. Dəruni-qalada bir kəbir əncir ağacı və təhtində bərma vardır. Xaricdə əncir və ruman və eyva ağacları vardır. Üzüm, badıncan və qabaq bulunur. Müqəddəmən əshabi-ikənin məhəllidir. Həzrəti-Ömər əfəndimizin zəmani-sədiq tiranlarında Mədineyi-münəvvərədən bu məhəllə gəlincə ziraət olunur imiş. Həzrəti-Şüeybəleyhüssalam Mədaindən gəlib, qövmi-məzburu dinə dəvət elədi. Təriqlərdən mümaniət edirlərdi bəzi imana gəlib, əksəri gəlməməklə. Gəlməyənlər[in] özlərinə həqqi-sübhana və təala həzrətləri seyhə irsal buyurub, qövmi-mövsumu həlak elədi”.
Təbükdə həzrəti-risalət[pənah] əfəndimiz namaz qıldıqları məscidə şərif olub, bədə Ömər ibn Əbdüləziz təcdid elədiyi mərvidir. Müqabiləsində Sieyi-mədrari nam məhəll vardır ki, həzrəti-rəsuli-möhtərəm səlləllahü əleyhü və səlləm namaz qıldıqları məscid olduğu mərvidir. Bu məhəllərdə bitran çoxdur və ormanlıqdır. Axar sulu məhəldir. Ətrafında ürbanlar sakindir. Olduqları məhəll məmurdur. Meyvələri vardır. Hala bu məhəllərdə bəzi ərəb evləri vardır. Müqəddəmən bir qəryə imiş. Bu məhəllə qərib Süruğ nam bir qəryə vardır. İş bu məhəllər məmləkəti-Hicazdan ədd olunur.
Hicaz Məkkeyi-mükərrəmə və Mədineyi-münəvvərə və Yəmamədən ibarətdir.
Əsməi deyir ki, Hicaz bir məhəllə deyirlər ki, Hürrətül-məranı əhatə etmiş ola. Ameyi-mənazili-bəni-Səlim Mədineyi-münəvvərəyə dəkin Hicaz ilə müsəmmadır. Dağlı əhatə elədiyi əcəlldən mərvidir ki, həzrəti-rəsul səlləllahu əleyhü və səlləm Təbük siyəsi üzrə durub buyurdu Şam canibinə işarət edib: “İş bu canibdə olan Şamdır” və Mədineyi-münəvvərə tərəfinə işarət buyurub: “İş bu canib Yəməndir”. Bu təqdircə, Hicaz Yəməndir.
Nəvəvi zikr edər: “Mədineyi-münəvvərə Şami və Yəməni deyildir, bəlkə mabeynində bir müstəqil məhəldir.
Bəzilər Mədinənin bir nisfi Hicazi və bir nisfi tamami, bir qövl də təcdiddir demişlər”.
Asi-xurma ətrafındakı səhrada yaşıllıq gördük. Dəvələri otarmağa buraxmışdılar. Qəryənin ətrafında xaraba bağlarda çoxdur. Xurma qəryələri bi sahib qalmış. Bura[nın] himmət ilə abadan olmağa layiqəti ziyadə vardır. İmdi bu qəryədə yüzdən ziyadə ərəb evləri [var]. Onları da ətrafda köçəri ərəblər rahat, əmin qoymurlar.
Məhərrəmin 28[-i]. Bu gün sübhdən axşama on iki saat yol edib, Qaüs-sübt adlı ovada düşdük. Susuz bir məhəldir. Yolu qum saldır. Və sağ tərəfdə uzaqda Mənbər dağı deyən bir üskəkdağ görünür. Ərəb ol təpəyə Şərura təsmiyə edirlər. Səneyi-1171-də bu məhəldə hüccacı qarət etmişlər.
Məhərrəmin 29[-u]. On üç saat yol gedib, axşama Zatül-həcc qalasına çatdıq. Suyu eşmələrdəndir. Eşdikcə çıxır. Ətrafında olan dağ və təpə çaxmaq daşıdır.
Gündoğana bir saat qalmış yola düşüb, saat altı yarımda enib, öyləni qılıb, qalxıb, günbatan vaxta mənzilə çatdıq. Yolu səhravü biyabandır. Ətraflarında dağ görünməz (bəlkə az uzaqdan sağ tərəfdə balaca təpələr görünür) doqquz saatlığa can. Bədə bir saat qədəri yoxuş olub, boğazdan keçilir. Ətrafında balaca təpə vardır, sonra genə biyabandır ta mənzilə gəlincən. Quyu suyu var (bir az şorluğa mail) qalanın içində; bərgəyə çəkib tökürlər, bərgədən götürüb dəvəçilər sərf edirlər. Yaban xurmalar[ı] bulunur.
Zatül-həccdən gündoğana bir saat qalmış qalxıb, altı yarımda zöhrü qılıb, günbatana iki saat qalmış mahi-səfərin ibtidası, şənbə günü gəlib Müdəvvərə adlı mənzilə yetdik.
Müdəvvərə (nami-digər Zəmaq) Zatül-həccdən doqquz saatdır. Yolu, iki saat qədəri gələndə daşlıq və balaca əqəbələrdir. Sağ tərəfində xırdaca təpələr var. Qum sal yerdir. Bədə mənzilə gəlincə bir səhrayi-bipa yandır. Sağ-solunda dağ-təpə görünməz taki, mənzilə gəldikdən sonra. Köndələn kimi alçaq dağ düşüb məşriq-məğrib tərəfə. Qabağında bir qalaça, içində quyu suyu [var]. Xaricində bərgəyə çəkilib, ondan götürüb sərf edirlər. Və bərgənin yəmin tərəfindən balaca təpə vardır; qabağı, yəni qiblə tərəfi göz dərk edən qədəri səhradır.
Mahi-səfərin ikisi, yekşənbə günü Müdəvvərədən yola düşdükdə sübh namazına yarım saat [qalmış] biz çadırda uyuyar ikən fücətən hüccac karvanının içində bir zəlzələ və bir sədalar düşdü. Nagah yuxudan qalxıb, qulağ asdım “bu nə qovğadır” deyib. Gördüm ki, biri “cəm mal” deyib qışqırır, biri “maşalçı” deyib səda edir və biri “hükkam” deyib nida edir. Və bu sədaları yazıq və fəqir və danışmağa nitq[i] olmayan və yol gəlmiş və yük çəkmiş heyvan dəvələr də [eşidir və] özlərin[in] dalısına yüklər qoyulmağı anlayıb, bir tərəfdən də anlar inildəyib və an qırırlar. Bu əsnada toplar atılıb, sübh namazın qılıb, taxtlarımıza minib, beş-on qədəm gəldikdə nagahan gördüm yolun ortasında bir şəxs “Allah, mənə su; səndən su istərəm” deyib fəryad edir. Xəlayiq cəmi onu biağıl zənn edirdi — neçün onlardan istəməyib Allahdan istəyir. Lakin filhəqiqət, fikir edən də ondan ağıllı adam olmaz.
Bədə saat altı yarımda zöhr əvafına endik, namazı qılıb, qalxıb, axşama Təhtül-əqəbə adlı yerə gəlib bivaxt [y]etdik. Guya mənzil kimidir.
Təhtül-əqəbə Müdəvvərədən on üç saatdır. Suyu yoxdur. Məandan, ya Müdəvvərədən həfəzə qaldırırlar. Yolu, bir saat qədəri (Müdəvvərədən gələndə) geniş olan boğaziçidir. Sonra bir az qədər taxta, alçaq-əla daşüstü ilən gəlinir, [...] bədə qabağı qum sal, düz səhraya çıxılır. Yəmən tərəfi səhrayi-bilanəhayədir. Yəsarında gah düzü, gah balaca təpələr vardır.
Üçümcü, düşənbə günü sübh namazın qılıb, hüccac yola düşüb, saat yarım gəldikdə bir əqəbəvar. Qabaqca paşalar və əsgərlər çıxıb, əqəbənin başında çadırlar qurub, bizdə bərabər bir tərəfdə əyləşib, hüccaclar dəvələrindən enib və dəvələr də yük altında səsedici olduqları halda, karvanın axırına qədər tamaşa edib, həm təəccüb və həm səyahət elədik.
Haman bu əqəbədə hüccac keçib tükəndikdə Hicaz torpağında mərhum olanlara “Fatihə” oxurlar Şamilə Hicaz sərhədi olduğu üçün.
Bədə qalxıb bir saat qədəri yol etdikdə sol tərəfdə köhnə bina olmuş bir qaladan keçib, qabağımız bir səhravü biyabana uğradı. Heç şey görünməz, illa qumsallıqdan qeyri.
Kitabxana.az · https://kitabxana.az/en/works/qutqasinli-sefername
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: