Contents
  1. [Şamaxıdan Qutqaşınadək]
  2. [Qutqaşından Trabuzanadək]
  3. [Qırmızı dəniz sahillərində]
  4. Misirdən ta Süveyş
  5. Süveyşdən ta Ciddə
  6. [Mədineyi-münəvvərədən Şamadək]
  7. Şami-şərif
  8. Şamdan Beyruta qədər
  9. Qüdsi-şərif[dən İzmirə qədər]

Page 8 of 15 · 47%

Ol günü saat on birə qədər gedib, əsr və axşam namazının əvafına düşüb və məsa namazın da orada qılıb, qalxıb gecə sübhə qədər yol gedib və sübh əvafından sonra dəxi saat yarım yol gedib Hədyə aşmasından on altı saatlıq da Validə quyusu adlı mənzilə düşdük.

Məhərrəmin 18[-i]. Bu gün qafilə burada qaldı. Qabaqkı mənzillərdə su olmamağına görə səqqalar həfəzə qaldırdılar. Və həm müqəvvimlər burada hüccacın yüklərin qantara vurullar. Qərardaddan ziyadə gəlsə artığın kirasını alırlar. Yaxşı suyu və qalası var.

Məhərrəmin 19[-u]. Sübhdən yola düşüb, altı saat yol getdikdə, günorta əvafına düşdük. Qalxıb, iki saat yol getdikdən sonra sol tərəfimizdə bina olmuş Zümrüd qalasına seyr edib və oradan düşdük bir bövük səhraya. Səhrada axşama yarım saat qalmış çadırlarımıza düşdük. Zümrüddən bu mənzil gaha üç saat yoldur.

Məhərrəmin 20[-si]. Sabaha üç saat qalmış yola düşüb, sübh və zöhr əvaflarına enib-qalxıb, axşama dörd saat qalmış on iki saatlıq da Səddül-mətran adlı yerə düşdük.

Məhərrəmin 21[-i]. Sübhə dörd saat qalmış qafilə yola düşdü. Sübh əvafın edib, günortaya bir saat qalmış səkkiz saat yol etdikdən sonra gəlib Mədaini-salehə çatdıq.

Mədaini-saleh xüsusunda əlhac Məhəmməd Ədib əfəndi öz “Mənasük”ündə yazıbdır ki, “diyari-Səmuddandır. Tufani-Nuhəleyhüssalamdan səkkiz yüz yetmiş doqquz sənə mürurunda qövmi-Səmud zikri mürur edən vəch üzrə həlak olduqları mərvdir. Binaları yekparə oyma daşdan; hala qeyri-məskundur. Qala və bərgəsi vardır. Dəruni-qalada bir kəbir bərma olmaqla bərgəyi andan doldururlar. Xəlil-ərrəhman və Əla-qərib olmaqla dadlı limon və türünc və balçıq xurması gətirib hüccaca bey edərlər. Qum əqəbələri keçilib, qövmi-Saleh əleyhüssalamın mütəməkkin olduqları binalar müşahidə olunur. Quyuları çoxdur. Sularını içmək zərərlidir.

Həzrəti-Cabirdən mərvidir: Rəsuli-xudasəlləllahü əleyhü və səlləm əshabi-güzin həzəratlarına buyururlar ki, sizdən biriniz qövmi-Saleh qəryəsinə girməyə və suyundan içməyə, əzab olan qövmün yanına varmaya. Məgər bika edərək vara, onlara isabət edən bizə dəxi isabət edə deyü xövfündən. Həzrəti-risalət pənah həzrətləri vəqta ki Təbük qəzasına təşrif buyurduqlarında Köşk qayasına nüzul buyurdu (anda olan quyudan içməyələr və sual maya[lar] deyə), buyurdu əshabi-güzin: “Ya rəsulillah, ol quyunun suyundan xəmir yoğurduq və qırbalara su aldıq”. Həzrəti-rəsul ol xəmiri buraxmağa və ol suyu tökməyə əmr buyurdu. Suyuna qənin su içdiyi quyudan almağa izn buyurduqları mərvidir. Bunda Qübbətül-həcər deyirlər bir kiçik dağ vardır. Bu məhəllərdən rəsuli-möhtərəm həzrətləri sürətilə mürur üçün Təbükə təşriflərində əmr buyurduqları mərvidir.

Və binaları olan cibala Ənaliq təsmiyə edərlər. Və bircə bəl dəxi vardır Ənam deyirlər. Və bir mürtəfe məhəldə həzrəti-Salehin daşdan qazılmış məscidi-şərifi vardır. Qövmi-Səmuddan baqi olan əbnayi-əcibələr çoxdur”. İntəha.

Biz Mədaini-salehə düşdükdən sonra xaraba qalmış kənd yerin gəzib, qalanın içinə girib və üstünə çıxıb Mədaini-salehin səhrasına seyr etdik. Həqiqətdə, bir qəribə səhradır. Təxminən uzunu beş, ya altı saat yol və ərzi iki saat (bəlkə ziyadə) bir səhradır ki, ətrafı müdəvvər, qala kimi çəkilmiş qayalar. Haman qayalar da gah yerdə yüksək, gah yerdə əlli-a[l]tmış arşına can ancaq olur. Lakin pərvərdigari-aləm o daşların üstündə lövnbəlövn təsvirlər göstərir. Gah biri minarəyə oxşayır, gah biri adama oxşayır, gah biri ağaca və gah biri yumurtaya oxşayır.

Səhra dəxi bir qum sal yerdir. Deyəsən, ətrafında olan evlər, qayalar durub bu aşağa çökmüş. Və su quyusunun, qalanın yanında genə qayalar və təpələr var. Haman o təpələrin yanına biz gedib, daşdan çapılmış evlərə seyr edib, qayətdə səliqə ilə çapıldığına təəccüb edib, rəsmlərin götürdük və həm qapıların üstündə olan yazıların surətin öz əfəndimiz Hacı Əli əfəndi yazıb götürdü ki, bir bilənə oxudaq, çünki müsəlman xətti deyildir.

“Təfsiri-tibyan”da yazır ki, Səmud qövmündən altı min mömin Saleh peyğəmbər əleyhirrəhmə ilə Həzərmövt tərəfinə hicrət etmişlər və asilərin qəzəbinə nazil olmaq ilə burada tələf və həlak olmuşlar. Mundan görünür ki, Mədaini-salehdə külli cəmiyyət var imiş və yerinin də abad olmağına ləyaqəti var. Əvvələn, suyu çoxdur və təxminən başqa yerlərdən də qazılsa su çıxar. Və müğilan ağacları qayət böyük və abadan bitir.

Və munun cənubi tərəfində altı saatlıq da Əla deyilən bir qəsəbə var; qayətdə bağlı və bağçalı və sulu yerdir. Və ondan masəva, genə ətrafında yaxşı abadan qəryələr vardır. Və buradan Şəb dənizi dörd günlük yoldur.

Ürban iki-üç qaziyə bir dəvəni kirayə verirlər. Və görünür ki, burada abadanlıq olan vaxt Şəb dənizindən buraya mal gətirillər imiş, çün biz Şəb dənizindən keçən vaxta və Vəşy iskələsiylə.

Və Məhəmməd Rəis mabeynində dəryanın kənarında Rəisi-saleh deyən bir liman var. Görünür ki, Mədaini-salehin iskələsi bu imiş. Belə surətdə layiqdir Mədaini-saleh bir abadan şəhər ola.

Mədaini-salehdə ətraf cəvanibdən cəm olan ərəblər bir böyük bazar qurdular. Xurma və dadlı və əşgi limu qayətdə çoxdu. Və şamlılar dəxi parça dukanların açıb dəxi ərəblərə mal bey edirlərdi. Buraya gələn ərəblərin övrət və ərlərinin libasları qayətdə qəribə idi. Hərçənd özlərini müsəlman hesab edirlər, lakin görünürdü ki, içlərində yəhudi də var.

Məhərrəmin 22[-si]. Günortaya qədər səqqalar həfəzə tədarükün görüb, zöhrü qılıb, qafilə yola düşdü. Üç saat yol getdikdən sonra səhradan girdik Mədaini-salehin əqəbəsinə.

Bu əqəbənin barəsində Hacı Məhəmməd Ədib əfəndi öz “Mənasük”ündə yazır: “Bu gunə bundan qafileyi-həcc şimal tərəfinə dönər. Həzrəti-Saleh əleyhüs salam möcüzəsi olan dəvənin xüruc elədiyi məhəldir. Qum sal yerdən çıxılıb boğazdan tışra girdikdə həzrəti-Salehin möcüzəsi olan dəvənin xüruc elədiyi məhəllə varılır. Təriqinin canibi-yəminindədir. İş bu məhəldən sürət və hay-huyilə keçərlər, pişto və tüfəng atarlar səxrədə olan naqənin sədasını dəvələr eşitməyə deyü. Zirasövti-məzburu eşidirlərsə çöküb qeyri qalxmazlar deyü əfvahi-nasidə məşhurdur.

Həzrəti-Salehin qövmü böyük daşdan naqə xürucunu tələb elədilər. Baəmri-xudayi-mütəal cəllətqüdrətühu həzrəti-Salehin duasını qəbul buyurub daşdan dəvə xürucu və yavru təvəllüd elədi. Bəzi imana gəlib bəzi gəlmədi. Rəisi-küffar Qəddar nam kim sənə dəvəyi sinirlədi. Yavrusu daşa girib qaib oldu. “Üç gündən sonra sizə əzab nazil olur” deyü həzrəti-Saleh xəbər verib imana gələnlər ilə içlərindən çıxmışlar. Qəddar ibn Salif nam qəddar naqəyi sinirlədiyi yövmi-ərbəa idi. Yövmi-xəms də sabaha daxil olduqlarında kübar və siğar, zükur və ünasın üzləri zəfəran sürülmüş kimi sarı oldu. Həzrəti-Saleh əzabı xəbər verdiyindən, bu əlamət əzab əlaməti olduğunu bildilər.

Qaçan axşama daxil oldular, “əcəlimizin bir günü güzəran elədi” dedilər. Ruzi-cümə oldu. Gördülər qana boyanmış kibi, yüzləri qızıl oldu. Axşam olduqda “əcəlimizin iki günü getdi” dedilər. Qaçan yövmi-sittə olduqda gördülər çöhrələri siyah olmuş, guya qara sürülmüş. Axşama daxil olduqlarında “əcəlimizin cümləsi getdi” deyü əzaba hazır olub seyhə və fəryad elədilər.

Vəqta ki yövmi-əhəddən qabaquşluğu oldu, asimandan [elə] bir seyhə gəldi ki, hər saiqə və hər mühib nəsnənin sövtü anda mövcud [idi] və hər birinin sövtü ilə asiman və zəmin səda verir idi. Sinələrində qəlbləri qopub, “fasübhani darihümcasimin əzab” günü sabaha daxil oldular. Meyit olduqları halda, iş bu əzab ilə qövmi-məsfur həlak olduqlarını və həzrəti-Saleh qövmi-Səmuddan iman gətirib əshabından olanlar ilə çıxıb Həzərmövt nam şəhərə təşrif buyurduqları mərvidir. Dənri mürur edən böyük daşa Mübərrəkün-naqə təsmiyə edərlər. Cəmalın xüruc elədiyi cəbələ Kasibə və dəvənin qaib olduğu cəbələ Qara təbir edərlər”. İntəha.

Biz dəxi heyvan ilə gəlib, haman boğazda bir daşın üstündə düşüb hay-huya və karvanın keçməyinə seyr edirkən qayanın üstündəki yazılara mülahizə etdik. Kufə və yeni ərəbi və türki və farsı ilə çox adlar var və bir para yerdə ayələr və şerlər yazmışlar. Və bundan əlavə, yəhudi yazısı ilə dəxi xətlər gördük. Əsr vaxtına qədər qafilənin dalı boğazdan çıxıb qurtuldu. Sonra miri-hacpaşası və cərdə valisi və vəkillər əmini ki, səkidə şəmsiyyələrin qurub oturmuşdular, onlar qalxdı, bizdə yola düşdük. Qayətdə əyri-büyrüm və daşlıq yol ilə karvan yürüdü. Əsr və axşam və məsa və sübh əvaflarına düşüb, sübhdən iki saat keçmiş Darül-hümra adlı mənzilə düşdük. Mədaini-salehdən buraya on altı saat yoldur. Yolu qayətdə dəvələr üçün yürüməyə məşəqqət — daş və qum olmaq səbəbi ilə.

Gecə gəlirkən bir haray düşdü. Sonra məlum oldu ki, iki Şam övrətləri məhfildə oturmuş ikən ərəblər dəvənin başın çəkib kənara aparırlar imiş. Əsgərlər xəbər olub aldılar. Lakin övrətlərin birinə yara yetirmişlər.

Random poem

Poems by other poets