Qəfil gün doğsa bir gecə,Dünya dümağ işıqlansa;Şəhər-şəhər, küçə-küçə,Otaq-otaq işıqlansa,Görərik kimlərin əlikimlərin cibindən çıxır.Kimlər əyilə-əyiləkimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,Min-min gizli günah görsək,Üstünü örtə bilməsə,Bu dünyanı çılpaq görsək,Başımıza hava gələr,ağlımız çaşar bəlkə də.Hamı birdən baş götürübdünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,Kim böyüdər uşaqları?!...Nə yaxşı ki, bu dünyamızYavaş-yavaş işıqlanır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets