Balış nənəm
Balış nənəm soyumayan bir ocaq idi,Nəfəsinə isinərdi damımız onun.
Dizi onun balışdan da yumuşaq idi,Nəvazişi bizim idi, tamımız onun.
Yerişiylə, gülüşüylə bir uşaq idi,Nağılında dil açardı kamımız onun,
Gözlərindən nur yağardı gözlərimizə,Kölgəsi bir günəş idi üzərimizə.
Nəvələri onun üçün oyuncaq idi,Nurdan düşən gözlərirdi şamımız onun.
Balış nənə evimizdə bir çıraq idi,İşığına yığışardıq hamımız onun.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-balis-nenem
Use ← → keys to move, R for a random poem