Rüzgarlar üfüqlərlə qovuşdu,Bir dadlı bahar türküsü qoşdu.Dağ selləri şimşək kimi coşdu,Donmuş suları dəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!

Gün doğdu, qaranlıq qaçılınca,Şəfqətli şəfəqlər saçılınca,Bağlarda çiçəklər açılınca,Quşlar necə kövrəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!

Qurtuldu qar altında qalanlar,Daim günəşə həsrət olanlar,Bir il darılanlar, yorulanlarDincəldi, nə dincəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!

Dağlar kimi bağlar da dumanlı,Çaylarda balıqlar həyəcanlı,Yollarda kəsəklər belə canlı,Daşlar, sular incəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!

Gerçəklədi röyalı könüllər,Dünya dolu xülyalı könüllər,Xülya dolu sevdalı könüllərYüksəklərə yüksəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!

Ankara, 1987

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring