Mən deyirdim ki mənim gözlədiyim gün gələcək,Bir sabah türkülərim Türkiyədən yüksələcək.

Mən yazırdım ki qaranlıq qala bilməz əbədi,Al Günəş zülməti çarpan şəfəqiylə siləcək.

Mən duyurdum ki mənim dərdlərimi soydaşlarDinləyə-dinləyə birlikdə mənimlə böləcək.

Mən görürdüm ki mənim ağlayan istəklilərimHönkürə-hönkürə elliklə sevincdən güləcək.

İnanırdım ki alovlarla tutuşmuş qələmimYağılar bağrını bir ox kimi bir gün dələcək.

Söyləyirdim ki amansız acılar keçmiş olar,Gələcək gəlməlidir, gəlməyə bilməz gələcək.

Mən bilirdim ki, igid türklərin alqışlarınıEşidincə yapalaqlar həsədindən öləcək.

Can atırdım o canım Türkiyəyə candan mən,Nə bilirdim ki, mənim qədrimi türklər biləcək?!

Ankara, 1988

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets