Otuz yeddidə
Başsız olanlar başa çıxmışdı kiBaşlılar odlandı otuzyeddidə.
Qurdlara, kaplanlara dağ çəkdilər,Tülkülər adlandı otuzyeddidə.
Yal yalayanlar sevinib hər sabah,Hər gecə şadlandı otuzyeddidə.
Yadlara quyruq bulayan “doğmalar”Bizlərə yadlandı otuzyeddidə.
Kor yapalaqlar göz açıb zülmətə,Ərşə qanadlandı otuzyeddidə.
Yurdumuzun, xalqımızın çevrəsiBir sürü xortdandı otuzyeddidə.
Yer üzünün ən qatı cəlladlarıBir yerə toplandı otuzyeddidə.
Zorladılar, doğradılar, asdılar,Cövrlər əlvandı otuzyeddidə.
Zirzəmilər canlı cəsədlər doluBir qəbiristandı otuzyeddidə.
Ən böyük ustadları həbs etdilər,Dahilər oxlandı otuzyeddidə.
Cavidimiz, Müşfiqimiz var idi.Yoxluğa yollandı otuzyeddidə.
Uğradı əl yazmaları yellərə,Minbir əsər yandı otuzyeddidə.
Bir sürü daşnak ulusu daşladı,Savçı Qalustyandı otuzyeddidə.
Vur dedi Qriqoryana, Melkumyana,Enkevede “yan”dı otuzyeddidə.
Çıxdı gözü gözdə olan ərlərin,Göz dağı tüğyandı otuzyeddidə.
Xalqın ər övladları “xalq düşməni”,Xalq necə aldandı otuzyeddidə.
Çoxları mislərlə çıxıb ortaya,İnciləri dandı otuzyeddidə.
Mənliyi çirkab dolu dəyyusların,Ömrü firavandı otuzyeddidə.
Qeyrəti yox bir para “şair”lərinAğzı dəyirmandı otuzyeddidə.
Başladılar satmağa, ustadlarınAdları hallandı otuzyeddidə.
Qusdu yalan dərgi, qəzet, radio,Mərəkə başlandı otuzyeddidə.
Mərdləri “ifşa edən” alçaqların,Beyni burulğandı otuzyeddidə.
Sağ-salamat qalmaq üçün çoxları,İt kimi yalmandı otuzyeddidə.
Qolladılar, yolladılar, satdılar,Satqına cövlandı otuzyeddidə.
Məhkəməciklərdə o fitvaları,Ərlərə tuşlandı otuzyeddidə.
Məmləkəti, milləti boğdurmağaƏn böyük imkandı otuzyeddidə.
Millətə yad, sənətə yad kəslərinİşləri səhmandı otuzyeddidə.
Bağları, mənzilləri, ordenləri,Adları paylandı otuzyeddidə.
Atlar ölübdür deyə sümsüklənənİtlərə meydandı otuzyeddidə.
Kim kimə idi ki durub söz desin,Ölkə biyabandı otuzyeddidə.
Moskvanın şanlı Qızıl Meydanı,Qanlı xiyabandı otuzyeddidə.
Məmləkətin taleyi bir alçağın,Əmrinə qurbandı otuzyeddidə.
Görbagor oğlu köpəyin şöhrəti,Rüstəmi-dastandı otuzyeddidə.
Tarixinə ayna tutan xalqların,Haqqları tapdandı otuzyeddidə.
Ailələr getdi gedər-gəlməzə,Kütləvi divandı otuzyeddidə.
Odladılar, yaxdılar oylaqları,Ölkədə vulkandı otuzyeddidə.
Ölkələrə bağlı dəmir pərdəninSirləri pünhandı otuzyeddidə.
Bir quduz oğlu quduz, insanlığa,Varlığa düşmandı otuzyeddidə.
Bayquşu alqışlayan alçaqlarınMəqsədi virandı otuzyeddidə.
Fitnə, həsəd, məkr, riya, kin, yalanBir ədəb-ərkandı otuzyeddidə.
Zillətə düşmüş iri bir məmləkət,Bir iri zindandı otuzyeddidə.
Həbs edilənlər qara qullar kimi,Hər işə qatlandı otuzyeddidə.
Töhfələr əfsanə, zəfərlər yalan,Qırmızı böhrandı otuzyeddidə.
Əzrayıl olmuşdu elin darğası,Dərd, ölüm ehsandı otuzyeddidə,
Olmuş idi ölkədə hər şey baha,Ən ucuz insandı otuzyeddidə.
Hər yalanın qarşılığı “hə” idi,“Yox” demək üsyandı otuzyeddidə.
Bir quruş idi şərəfin qiyməti,Fitnə-fəsad şandı otuzyeddidə.
Düşdü atından yerə ərdəmlilər,Canilər atlandı otuzyeddidə.
Qan-qadaya bais olan kimdi, kim?Bir zın nadandı otuzyeddidə.
Hər əməli hiylə saçan alçağınHər sözü fərmandı otuzyeddidə.
Qan içən alçaq, qanı milyonların,Yerdə qalar sandı otuzyeddidə.
Güzgüdə hər gün özünü dev görən,Kabus o cürtdandı otuzyeddidə.
Dərd dolu, zillət dolu, zindan dolu,Qan dolu, dövrandı otuzyeddidə.
Olmadı imdad mələk insanlara,Tanrı da şeytandı otuzyeddidə.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-otuz-yeddide
Use ← → keys to move, R for a random poem