Neçə şerimdə görüb türk sözünü,Vay dədə, vay deyə yumdun gözünü.Yerə soxdun öz əlinlə özünü,Öz-özündən niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!

Məgər olmuşmu yasaq ovqata türk?!Çıxmasa fitnə, çıxarmaz xata türk!Yer üzündə yer alıbdır Atatürk,Yer üzündən niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!

A yazıq, at bu yazıqlıq daşımı,Sanma qan düşməni qan qardaşını,Türk demişkən, o dul arvad yaşınıSil gözündən, niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!

Sabirin hər sözü bir ibrət olur,Ağladıqca kişi biqeyrət olur!Neçin aləm gözünə zülmət olur?Gündüzündən niyə ürkürsən sən?Türk sözündən niyə ürkürsən sən?!

Bir canın var, o da er-gec gedəsi,Qalır “Orxon-Yenisey abidəsi!”Dədə Qorqud, o oğuzlar dədəsiTürküsündən niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!

Daşlamı susdurulubdur ağızın?Quruyar, qurd deyən olsa, boğazın,Sürünən bir sürü insancığazınTülküsündün niyə ürkürsən sən,Türk sözündən niyə ürkürsən sən?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets