“Bu dünya beş gündür,beşi də qara!”Kimdən qalıb,Hansı uğursuz idimdən qalıbbu ağrılı,bu ümidsiz,bu yanıqlı sözlər?Mübarizələrin məğlubiyyətindənmi?Dünya beş gün imişsə,babalar,bu beş gününbeşi də qara imişsə,babalar,ömür – ilk gündən,son günə qədərümidsizlik əlindənfəryad, haray imişsə,babalar,necə dözdünüz bunagöynəyə-göynəyə,yana-yana!Bəs gələcək günlərin çağırışı,bir zəfər nəğməsi kimi,səslənmədimi qulaqlarınızda?Göyləri buludlu,yolları çovğunlu keçdimiqışınız da, baharınız da?!O qara günlərindözümünü, tabınıhardan aldınız?Nədən zaman-zamangünəşin kölgəsində qaldınız?!Dünyanın qara rəngisizə qaldı niyə?Yaşadınız “Şükür! Təvəkkül!”deyə-deyə.Yox, belə deyil,Belə ola bilməzdi,babalar!Axı igidliyinizyüzil-yüzil

dastanları, nəğmələri gəzdi,babalar.Babək də siz oldunuz,Nəsimi də, Koroğlu da.Bəzən İbrahim bıçağı altına düşəndilsiz-ağızsız toğlu da.Tarixdən silə bilməsək də,bu gündən, gələcəkdən silinsinİsmayıl qurbanlığı.Yaşadaq, yaşatdıraqharaysız qəhrəmanlığı.Dünya beş gün olsa da,mənimçin,səninçin,xalq üçün beş gün deyil.Qaldı ki, günlərin rəngi...Yolçu it görsə,əlinə ağac alır.Günlər də qara deyil,babalar!Günlər də, torpaq üstündə qalırget-gedə ağa çalır.

Günlərin də rəngi var.İnsan var ki,öz gününü qara eləyir;insan var – özgəninkini.İnsan var – hər ikisini.İnsan da var – çalışıryoxaltsın bu dünyadanqara günlərinmatəmli sərgisini.Dünyada ömür sürənçox insan var,yaşayır ancaqbir iz qoyanlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets