Page 1 of 3

Bir az sonra işğalçıların şaqraq qəhqəhələri, yerlilərin də həzin və
mütəəssir baxışları arasında qatar hərəkət edir. Moskva yolundayıq. Normal şərtlər
daxilində beşinci gün Moskvada olmalı qatar indi ən azı on beş gün yol gedəcək.

Dərbənd divarları nə üçün çəkilmişdir

Ilk stansiya olan Dərbənddə bir-iki gün qalmaq lazım gəlir. Stalin
məiyyətilə bərabər Temirxan Şuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan sovet
muxtariyyətinin təŞkili mərasimində iŞtirak edəcək. Onu müŞayiət edənlər arasında
o zaman Moskvada intiŞar edən “Vostok” (iərq) jurnalının məŞhur müdir və
mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daŞıyan inqilabçı bir emiqrant) da
var. Bu imza ilə “Bakinski raboçi” qəzetində çıxan məqalədə tarixi Dərbənd
divarlarına aid bir yazı dərc edilmiŞdi. Hələ Sasanilər zamanında çəkilmiŞ, sonra
ərəblər zamanında təmir olunmuŞ bu divarlar, Mixayloviçin məqaləsinə görə,
cənubdan gələn təcavüzlərə qarŞı yaradılmıŞ bir sədd olaraq təqdim edilirdi.
Uzaqdan görünən Dərbənd divarlarına baxmaqla bu məqalənin həqiqətə uyğun
olmadığını anladım. Stalin dərhal gözlərilə aradı və bir az o tərəfdə baŞqaları ilə
söhbət etməkdə olan Mixayloviçi çağırdı:

  • Qulaq as, - dedi. - Sən özünü tarixçi hesab edirsən, bax Rəsulzadə nə
    deyir. Dərbənd divarları cənuba deyil, Şimala qarŞı yaradılmıŞ bir sədd imiŞ...

Salon vaqonda kimlər vardı

Stalinin salon-vaqonuna bağlanmıŞ dəftərxana vaqonunda bizə bir kupe
ayrılmıŞdı. Bu vaqonda bizdən baŞqa vaxtilə PolŞanın kiçicik qəsəbələrinin birində
silah zavodunda dəzgahdar iŞləmiŞ, indi Stalinin dəftərxana müdiri olan
berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər
dəftərxana katibliyi vəzifəsini daŞıyırdı. Yanında əvvəlki ərindən 8 yaŞlarında bir
qızı da var idi.
Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra Leninqrad)
pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov iŞğal etməkdə idi.
Dəftərxana vaqonu bizim üçün eyni zamanda vaqon-restoran idi.
Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik.
Uzun sürən yolçuluğumuzun yeknəsəq olduğunu söyləsək həqiqətə çox da
uyğun olmaz. Hər səhər qalxanda kupeni taxtabitilərdən təmizləmək tualetimizin
zəruri iŞlərindən idi. Bununla belə dəftərxana süfrəsində aylarla çəkdiyimiz
sıxıntının əvəzini çıxır, Azərbaycanın qara kürüsünü qırmızı vaqonda öz halal
malımız kimi yeyirdik.

Stalinin xatirələri

Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi arabir öz salonvaqonuna
çağırırdı. Bəzən də dəftərxana vaqonuna gələrək oradakılarla ordanburdan
danıĢırdı.
Bəzən madam Berzanovskinin qızı ilə söhbət edər, zarafatyana “sən Dədə
Vilsonun 14 maddəsini bilirsənmi? - deyə “lətifə” danıĢar, bəzən də öz sərgüzəĢt
və macəralarına aid xatirələr söylərdi. ġimalda sürgündə olduğu eskimoslar
arasında balıq ovu ilə dolandığı və bu iĢdə istifadə etdiyi üsul sayəsində yerlilərdən
daha müvəffəqiyyətli olması səbəbindən onların nəzərində az qala kəramət sahibi
bir övliya kimi göründüyündən və odur ki, Ģəxsiyyətinin sitayiĢ edildiyindən açıq
bir zövqlə bəhs edirdi. Stalin eskimosların gözündə hər Ģey imiĢ; xəstələnəndə
onun yanına gəlirlərmiĢ; o da verdiyi bəzi sadə həb və tozlarla yüngül xəstəliklərin
qarĢısını alırmıĢ. Bir gün eskimos dilbərlərindən birisi müalicə üçün onun yanına
gəlibmiĢ; müayinə əsnasında cinsi bəzi vəziyyətlər alıbmıĢ. Stalin əhəmiyyət
verməyib. Halbuki bu dilbər, zəkası ilə eskimoslar arasında məĢhur olan bir
qəhrəmandan hamilə qalmaq istəyirmiĢ...
Eskimoslar arasında görünən bu cinsi toleransa müqabil, sözü Qafqaz
millətlərindəki erotik əxlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə verdiyi
edam əmrini bizə danıĢır. Kommunist Partiyasının inqilab sahəsində xidmətləri
olmuĢ, sınanmıĢ üzvlərindən biri komissar vəzifəsindən sui-istifadə edərək, dağlı
bir qızın namusuna toxunubmuĢ; Stalin onun ən böyük cəza ilə cəzalandırılmasını
əmr edib. Partiya və sovet xadimləri bu yoldaĢın dəyər və xidmətlərini nəzərə
alaraq Stalinin yanında onun üçün zəmanət vermiĢ, fəqət o, “qətiyyən olmaz, elə
indi xalqın gözü qarĢısında edam ediləcək” demiĢdir; çünki “müsəlman xalqı bu
xüsusda göz yummağı qətiyyən bağıĢlamaz!” Dağlardakı “adətlərə”, buradakı
“namus” anlayıĢına hörmət hökumətə etibar baxımından əsasdır.

İrana tətbiq olunan siyasət

Yolboyu söhbətlərdə, təbii ki, hər cür mövzulara toxunulur və əsasən
Qafqazda cərəyan edən hadisələrlə bağlı olaraq bir qrup tanınmıŞ Şəxslərin
oynadıqları rollardan və xarakterlərindən bəhs açılırdı. Qafqazdakı Şərait və o
zamankı hadisələrdən xəbəri olanlar üçün maraqlı olması Şübhə doğurmadığına
baxmayaraq, dünya əfkari-ümumisini çox o qədər də ilgiləndirməyən bu
təfərrüatdan sərf-nəzər edərək, yolboyu edilən söhbətlərdə toxunulan mövzuların
yalnız ən mühümlərini burada qeyd edəcəyəm.
Stalin bir gün Irana qarŞı tətbiq edilən siyasət məsələlərinə toxundu.

  • Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər Irana hücum planları
    hazırlayırlar. Dərhal mane oldum (o zaman Azərbaycanın sovetləŞdirilməsindən
    sonra yerli bolŞeviklər Iranın Gilan vilayətinə hücum edərək Iran hökuməti ilə
    ixtilafa düŞmüŞdülər).
    Nə üçün mane olduğunu belə izah etdi:
  • Iranı sovetləŞdirməyə baŞlamaq yanlıŞ bir hərəkətdir. Orada nəinki
    cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət
    qədər mütərəqqi bir iŞdir. Sosializm və kommunizm prinsiplərini oralarda tətbiqə
    giriŞmək macəraçılıqdan baŞqa bir Şey deyildir, - dedi.
  • YaxŞı, Iran üçün təsbit etdiyiniz bu taktikanı niyə Azərbaycana tətbiq
    etmirsiniz, demirəm; çünki bilirəm burada Bakı kimi bir sənaye mərkəzi və
    proletariat hərəkatı vardır, deyəcəksiniz. Bəs Türküstan? Ona nə deyirsiniz;
    oradakı Şərait Irandakı Şəraitə bənzəmirmi? Niyə “Iran taktikasını” oraya tətbiq
    etməyəsiniz? Stalin bir az düŞündü:
  • Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmıŞ ziyalılar var, - dedi.
  • Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz etdim.
    Mübahisəni dərinləŞdirmədi.

Rus-alman əməkdaşlığı

O zamankı vətəndaŞ müharibəsi və inqilabi hadisələrin cürbəcür səhnə və
məsələlərinə təmas edən Stalin xarakterik bəzi hekayələr danıŞır və cümlələr
iŞlədirdi.
Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baŞ
tutması üçün rus-alman əməkdaŞlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan
Ropolloda bağlanmıŞ müqaviləni öyürdü. Bu müqaviləyə görə rus inqilabi
imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması
lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın
texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya inqilabının müvəffəqiyyətinin
qarŞısını ala biləcək bir qüvvə tapılmaz; Lenin indi tətbiq etmək istədiyi beŞillik
planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları
ilə təmin edəcək bir hala gətirmək əzmindədir, - deyirdi.

İngilislərə qarşı nifrət

Dünya inqilabını qısır salan və dolayısı ilə müstəmləkə və
yarımmüstəmləkə halında olan bütün millətlərin azadlıq və qurtuluŞlarına əngəl
olan dünyada bir qüvvə varsa, o da Ingiltərə imperializm qüvvəsidir, - deyirdi.
Söhbət buraya gəlincə Stalinin səsi sərtləŞdi və intiqam qığılcımı saçan
parlaq gözləri ilə uzağa baxaraq:

  • Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya
    qaldıraraq, bunları Şəxsən öz əlimlə öldürmüŞəm. Indi polkovnik Stoks deyilən bir
    əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm, - deyir.
    Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” Şəxsən tanıyıram. Onunla 1911-
    ci ildə Tehranda tanıŞ olmuŞdum. O zaman orada “Irani-nou” qəzetinin baŞ
    redaktoru idim. Avropa üsulunda Iranda ilk dəfə olaraq təsis olunan bu gündəlik
    demokratik qəzet getdikcə artan rus nüfuzunun intriqaları ilə bağlanırdı. O
    günlərdə Amerikadan Iranın maliyyəsini islah məqsədi ilə gələn məŞhur Morqan
    iusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə Rusiya səfaratı
    məni Irandan xaricə atdırmaq üçün təŞəbbüs etmiŞdi. Dünya mətbuatı bizim
    müqəddəratımızla yaxından maraqlanırdı. O cümlədən Parisdən çıxan “Siyeql”
    qəzetinin Tehrana gəlmiŞ xüsusi redaktoru “Irani-nou” qəzeti ilə mənə həsr edilmiŞ
    böyük bir reportajdərc etmiŞdi. O zamankı Iran xarici iŞlər naziri yaxın dostum
    mərhum Hüseyn xan Nəvvab mənim Şərəfimə verdiyi axŞam yeməyinə indi Iran
    senatının sədri olan digər dostum Seyid Həsən Tağızadə kimi Şəxslərlə birlikdə
    “Telmis” qəzetinin müxbiri ilə ingilis səfirliyinin hərbi attaŞesi Stoksu da dəvət
    etmiŞdi. Stoks Irandakı irtica qüvvələrini müdafiə edən Rusiya siyasətinin əzmkar
    müxalifətlərindəndi.
    Daha sonra Stoksla görüŞmüŞdük. Birinci dünya müharibəsində qalib gələn
    müttəfiqlər adından Azərbaycanda olan ingilis iŞğal qüvvələri komandanı general
    iatelvortun Ştabında siyasi müŞavir idi.
    Stalinin adını hiddət və təhdidlə çəkdiyi Stoks elə bu Stoks idi.

İngilis-rus rəqabəti

Söhbət bir aralıq bolŞeviklərin təqib etdikləri və edəcəkləri iərq siyasəti
üstünə gəlmiŞdi. Bu məsələdə görüŞlərini izah edərkən Stalin çarlar dövründəki
məŞhur ingilis-rus rəqabətilə indiki ingilis-rus, onun təbiri ilə ingilis-sovet
münasibətlərinin bir-birindən radikal Şəkildə ayrıldıqlarını anladaraq:

  • O zaman iki yırtıcı qarŞı-qarŞıya durmuŞdular; indi isə (bir
    müstəmləkəçiyə qarŞı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa
    fürsət vermədən):
  • Indi isə iki xilaskar durur, - dedim.
    Fəqət Allah bizi bu xilaskarlardan saxlasın, düŞmənlərlə biz özümüz
    bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məmməd Əmin Rəsulzadə kimdir?

Sabahdan etibarən dördüncü səhifəmizdə çox maraqlı xatirələrinioxuyacağınız Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin

19544 min
Stalinlə ixtilal xatirələri

Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “Fantastikadamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir

19542 min
Çarlığa qarşı mücadilə yarım yüzil öncə

Qafqazın bir parçasını təşkil edən məmləkətin - Azərbaycanın Rusiyaimperatorluğu tərəfindən istilasından yüz ilə yaxın bir zaman keçirdi. Bu dövr

195414 min
Azərbaycan cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı

1917-ci ildə hökumət rəisi Lenin və millətlər komissarı Stalinin imzalarını ehtiva edən bir bəyannamə ilə Sovet hökuməti Rusiya imperatorluğu daxilində bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. Təntənəli Şəkildə ifadə olunmuŞ bu aydın deklarasiyaya rəğmən, 28 may 1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına gələn Azərbaycan xalq cümhuriyyətinin hüdudları Moskvadan göndərilən Qızıl Ordu hissələri tərəfindən zorlanmıŞ, 27 nisan (aprel) 1920-ci ildə məmləkət qızıl rus hissələri tərəfindən istila edilmiŞdi. Cümhuriyyət hüdudları (sərhədləri) üstün qüvvələrlə keçilmiŞ, hər cür müqavimət hərəkatları amansız surətdə basdırılmıŞdı. Qızıl Ordunun aktiv yardımı ilə məmləkət sovetləŞdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı mühafizə edilirdisə, iŞdə demokratik milli bütün müəssisələr ortadan qaldırılır; liderlər təqib olunur, qızıl istila terroru hər tərəfi qovururdu. Fövqəladə ixtilal məhkəməsi mənasına gələn “Çrezvıçayka” cəza makinəsi (maŞını) durmadan çalıŞır (iŞləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq zindanlara atılır, bir qismi də əlli-ayaqlı ortadan qeyb olurdular. Qızıl qasırğa devirmədik milli bir müəssisə, kəsmədik bir Şəxsiyyət buraxmırdı.Bakıda “Osobı Otdel” həbsxanasında**

195418 min

Poems by other poets