AÇILDIQCA SƏNİN SÜBHÜN, MƏNİM DƏ HÖRMƏTİM ARTIR
Açıldıqca sənin sübhün, mənim də hörmətim artır,Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.
Yığılmazkən qapılardan gözüm bir hərzə sail tək,O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır.
Alarsa hər gecə üç-dörd nəfər əşxas gər və’dim,Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır.
Müəmməm olmağım olmuş cəlaləfzayi-hər məclis,Çəkib gərdən dayandıqca o qədri qiymətim artır.
Libasi-alimi olmuş mənimçin aləti-çərçi,Odur məğrur olub yövmən fəyövmən izzətim artır.
Hikayat rəzalətbəxş tətbiqi-lüğat etsəm,Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır.
Buxarəndaz olduqca plov ol məclisi-aməSürurabad olur, didəmdə surü behcətim artır.
Badımcan dolması, ballı tərək, yağlı qovurmanıGörən tək üç gözüm,bəl’inə zövqüm, sür’ətim artır.
Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə!Ayılsan, ah, vaveyla!.. məlalü möhnətim artır!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-acildiqca-senin-subhun-menim-de-hormetim-artir
Use ← → keys to move, R for a random poem
More by this author
Naəhl olana mətləbi andırmaq olurmu?!**Naəhl olana mətləbi andırmaq olurmu?!
Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!Nə də tərpənməyir üstündəki yorğan, ölübə!..
Təraneyi-əsilanəNə soxulmusan arayə, a başı bəlalı fə’lə?!Na xəyal ilə olubsan belə iddialı, fə’lə?!
Leyli-MəcnunEy dövlətimin zəvalı oğlum!Ey başı ağır bəlalı oğlum!
Poems by other poets · Satire
Saqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Bir əsridi çıxmışdı ki, meydanə pristavBir əsridi çıxmışdı ki, meydanə pristav,Mexluqu gətirmişdİ bütün canə pristav,