Adətimiz daş idi dəva günü
Adətimiz daş idi dəva günü,Tullarıdıq əldə sapan qıjhaqıj.
Hər kəsə dəysəydi, edərdi hamanBir neçə gün ahü fəğan, ufhauf.
Mərhəm olurdu, sağalırdı yara,Əldə qalırdı yenə can sappasağ.
İndi revolverdi, dönüm başına,Nagəh olur gülləfəşan partapart.
Onda, görürsən, yıxılıb yanbayanBir neçə növrəstə cavan laybalay.
Tüf belə dövranə ki, bədtər olurSeyri-fələk, dövri-zaman ilbəil!
Milləti-islam qırır bir-birin,Allah aman, bu nə yaman qırhaqır!
Qardaşa bax, qardaşını öldürür,Vəhşi olub əhli-cəhan sərbəsər.
Milləti gördükcə belə hərcü mərcKönlüm olur dopdolu qan qatbaqat.
Böylə gedərsə, Bakı əldən gedər,Qalmaz o məvadə aman hiç, hiç!
Bari, Xudaya, özün islah qıl,Ta edələr pirü cəvan sülh, sülh!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-adetimiz-das-idi-deva-gunu
Use ← → keys to move, R for a random poem
More by this author
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Hamısını tapa bilirəm, birin tapa bilmirəmBir belə məsel vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
HəvəsHəvəs sövq eylər insanı həyatə,Ətalət cəlb edər şəxsi məmatə;
Hörümçək və ipək qurduBir hörümçək özün çəkib durdu,Dedi fəxr ilə:-Ey ipək qurdu!
Poems by other poets · Homeland
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
خسرو تاج بخش ناصر دینآن سرشته به عقل و دانش داد
Candan keçmişux!Dilbəra! Mümkün deyil gülşəndə gül bixar ola,Bülbül aşiqdir, gərək eşq əhlinə azar ola!
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.