Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!Əsiri-qeydi-fəqr oldun, yazıq, təslimi-hirman ol!Çalışma, bir işə getmə, fəqət mə’yusü nalan ol!Qəzayə çarə yox, giryan ol, üryan ol, pərişan ol!Səbur ol, şakir ol, yə’ni müsəlman ol, müsəlman ol!Çatar öz rizqi-məqsumun, dolan avarə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Məaşın ta ki, təng oldu, ənis ol dərdü möhnətlə!Boş ol, süst ol, ümidin qə’t qıl, yar ol ətalətlə!Bunu təqdirə nisbət ver, yaşa daim rəzalətlə!Həvadə seyr edən insanə baxma çeşmi-qeyrətlə!Burax kəsbi, unut sə’yi, yapışma karə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Yetərkən zalimin zülmü sənə, dövri-qəzadən bil!Çatarkən amirin zəcri, onu seyri-səmadən bil!Özün öz əczinə bais olurkən, masəvadən bil!Bu məş’umiyyəti biganədən gör, aşinadən bil!Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Əgər çox təngdil olsan bu işdən, qıl fəğan, ağla!Girişmə1 başqa bir tədbirə, ancaq hər zəman ağla!Bütün dünyadən əl çək, aşikar ağla, nihan ağla!Qapansın gözlərin, fikrin, düşünmə, görmə, yan, ağla!Tüpür namusa, baxma nəngə, gəlmə arə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Fəqət bir iş də görmək istər isən, gör müsəlman tək!Təhəmmül eylə cövri-mülkədarə, işlə heyvan tək!Çalış, ək, biç, aparsın bəy, evin qalsın dəyirman tək!Ayılma, haqqını qanma, xəbərdar olma insan tək!Darılma, incimə, tab eylə hər azarə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Vəgər az-çox var isə qeyrətin, kafirlərə baxma!Bir asan kəsbə məşğul olmaq ilə dindən çıxma!Uşaqlarçın çörək çıxsın deyə, ha din evin yıxma!Vəbalın boynuma, get fə’ləlik et, qəlbini sıxma!Sənə iş sahibi pul verməsə, yan narə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Və yaxud gər əsər varsa canında zurü qüvvətdən,Qolun güclü, üzün qansız, dilin xalisə rəhmətdən,Qutar bir dəf’əlik dərdü ələmdən, bari-möhnətdən,Quduzluq iştə bir pişə, gözəl hər dürlü sən’ətdən:Bas al, kəs al, vur al, yıx al, qoşul füccarə, fəxr eylə!Məqami-hörmətə çatdın, dəxi həmvarə fəxr eylə!Yanaş əşrarə, fəxr eylə!Bulaş hər karə, fəxr eylə!Tutulma nəngə, namusə,Utanma arə, fəxr eylə!..
Ты попал в беду, бедняк? Что ж такого? Примирись!Гибнет с голоду семья? Что же, снова примирись!Стал ты пленником забот - бедный, покорись ты им!Не старайся, не трудись, волю дай слезам своим!Против бога не пойдешь - плачь, стенай, ходи нагим!Мусульманином ты будь - преклонись перед благим!Ждешь богатств? Они придут. Помни слово: примирись!Ты попал в беду, бедняк? Что ж такого? Примирись!Жизнь твоя тебе горька? С горем дружбу ты сведи!Брось надежды, будь ленив, нет просвета впереди!Перед волею судьбы, голову склонив, ходи!На вознесшегося ввысь ты без зависти гляди!Он, неверный, не постиг смысла зова: примирись!Ты попал в беду, бедняк? Что ж такого? Примирись!Угнетатель гнет тебя - думай: это злобный рок!Повелитель бьет тебя - думай: так велел пророк!За бессилье - не к себе, отнеси к другим упрек!Верь, что ближний иль чужой на нужду тебя обрек.Не отвергни ни того, ни другого - примирись!Ты попал в беду, бедняк? Что ж такого? Примирись!Станет слишком тяжело - плачь, хоть нам противно, плачь!Средств иных и не ищи - только непрерывно плачь!Ты от мира откажись - жалобно, призывно плачь!Ни о чем не рассуждай! Долго, неизбывно плачь!Плюнь на гордость и на честь! Жизнь сурова примирись!Ты попал в беду, бедняк? Что ж такого? Примирись!Вздумал сделать что-нибудь - сделай, как велит ислам!И любую кладь носи, уподобившись ослам!Сей, коси, а толстый бек с хлебом справится и сам!О правах своих не знай, спи, доверься небесам!Спи, не мучься, не вставай против злого примирись!Ты попал в беду, бедняк? Что ж такого? Примирись!На неверных не гляди, совершай без них свой путь!Выбирай полегче труд, о канонах не забудь!Добывая детям хлеб, услаждай молитвой грудь!Чтоб души не омрачать, ты чернорабочим будь!Деньги бек забрал твои? Ты без крова? Примирись!Ты попал в беду, бедняк? Что ж такого! Примирись!Если ж сила в теле есть и крепка твоя рука,Если стыд глаза не ест, брань не сходит с языка, -С болью, горем и нуждой ты кончай наверняка!Есть на свете ремесло, славное во все века:Режь - бери! Громи - бери! Взял - готово! Возгордись!Ни седого не щади, ни грудного! Возгордись!Обнял злого - возгордись!Смял родного - возгордись!Что там совесть? Что там честь?Грабь и снова - возгордись!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-belayi-feqre-dusdun-razi-ol-bicare-sebr-eyle
Use ← → keys to move, R for a random poem
More by this author
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!
Yaşamaq istər isək sırf əvam olmalıyız!Yasamaq istər isək sırf əvam olmalıyız!Atıb insanlıgı, bilcümlə həvam olmalıyız!
Adəmi adəm eyləyən paradırAdəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
VERMİRƏM A!..VERMİRƏM A!..(“Mən ölüm, Molla, bizim Xankişinin qanına bax”)
Poems by other poets · Satire
İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,