Gər istəsən ki, fitneyi-aləm oyanmasın,Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın,

Göstər çəməndə nərgisə hər sham gözlərin,Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

Yox məndə tab vəslinə, göstərmə ruyini,Pərvanə shəmi görsə, nə mümkündü yanmasın.

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,Nə görməsin gözüm və nə könlüm bulanmasın.

Sirri-dəhanini demə naəhl zahidə,Qoy bixəbər qalıb belə əsrari qanmasın.

Canım çıxar çıxanda xətin gülüzardə,Eylə xətin tərash, qoy ömrüm uzanmasın.

Maqta — the closing couplet bearing the poet’s pen name. Derlər, nəvidi-vəsl verib yar Sabirə,Xam olmasın, bu mətləbə hərgiz inanmasın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love