Mən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, dağda dana böyüdü,Mən böyük ollam haçana, bilmirəm!..

Derlər utan, heç kəsə bir söz demə, –Həq sözü derkən utana bilmirəm!..

Neyləməli, göz görür, əqlim kəsir,Mən günəşi göydə dana bilmirəm!..

Şiddəti-seylan ilə baran tökür,Bir koma yox, daldalana bilmirəm!..

Derlər usan, hərzəvü hədyan demə, –Güc gətirir dərd, usana bilmirəm!..

Derlər, otur evdə, nedim, kasibəm,Kəsb eləməzsəm, qazana bilmirəm!..

Derlər, a qanmaz, de yıxıl, öl, qutar!Hə, balam, doğrusu, ay dadaş, mən dəxiMəsləhət ondan o yana bilmirəm!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire