Məmdəli:Sevgili sultan babam, söylə, sənin halın nədir?Mən ki, bir şux madmazel eşqində əldən getmişəm!Şəhrdən şəhrə gəzib, Avropanı uğraşmışam,İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm!

Həmid:Məmdəli, artıq maranqozluq məraqım qalmamış,Kərki, mişarı yığıb başqa evə göndərmişəm!Ölkədə tək-tək vəba var, derlər, ondan qoxmuşamXanəmə daru yığıb bir aptekə döndərmişəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire