Nə yazım?
Şairəm, çünki vəzifəm budur əşar yazım,Gördüyüm nikü bədi eyləyim izhar, yazım,Günü parlaq, günüzü ağ, gecəni tar yazım,Pisi pis, əyrini əyri, düzü həmvar yazım,Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şerə məşğul edərək xatiri-qəmmayilimi,Qoyuram qənşərimə kağızımı, çernelimi,Gəlirəm yazmağa bir kəlmə, - tutarsan əlimi,Qorxuram, ya nə üçün, - çünki kəsirsən dilimi!Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram,Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına bax,Üstümə gündə söyürsən bu qədər, arına bax,Özün insaf elə, əfkarına, ətvarına bax!Istəmirsən yazam? Öz eybli kirdarına bax!Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə!Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabı-qələm qayeyi-amalınızı,Məndən artıq yaza bilməkdə ikən halınızı, -Yazmır onlar dəxi on dörddə bir əfalınızı,Özünüzsüz olara yazdıran əhvalınızı…Yoxsa bu eybdən aləmdə mübərradır olar,Boylə alçaq yazıdan min kərə əladır olar!
Necə mən dörddə birin yazmağa əymən deyiləm,Qorxur on dörddə birin yazmağa həm əhli-qələm;Sən əgər söz verəsən: “Qorxma, qıl əhvali rəqəm”,Vazi-halın yazılarsa zili-zilü bəmi bəm,Elə bir halə düşərsən ki, tükün biz-biz olar,Əyninə geyməyə şey tapmasan, astar üz olar!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-ne-yazim
Use ← → keys to move, R for a random poem
More by this author
Başqa millətdən hüququn almaq üçün hər zamanInqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Dün oxurkən bir müdiri-məktəbin məktubunuDün oxurkən bir müdiri-məktəbin məktubunuMin qələt gördüm qarışmış bir vərəq imlasına;
Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!
Əlhəzər, qoyma baxa əksimə zahid ki, onunƏlhəzər, qoyma baxa əksimə zahid ki, onunNuri-həq dideyi-xudbininə zülmət görünür;
Poems by other poets
Gönül diler ki ire bir karîneYüzüm sarusı anadur karîne
Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşüMənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.
Qamu cövri ki, cana, cana etdinQamu cövri ki, cana, cana etdin,Qamusun xub key mərdanə etdin.
Vurğun öldü deməyin...Yubileyindir, bütün aləmHələ təbrik deyir sənə...