Neçin verməyir? ("Bircə bu məşrutəni şah neçin verməyir?")
Bircə bu məşrutəni şah neçin verməyir?Gah verir filməsəl, gah neçin verməyir?Gərçi bu gün şah bizim başımıza sayədir,Nami-hümayunu hər mətləbə pirayədir,Leyk bu ancaq həman gördüyümüz qayədirHər səsə bir səs verir, kəndisi bimayədir,Yoxsuza olmaz demək – var… neçin verməyir?Bircə bu məşrutəni şah neçin verməyir?Hərzə danışma, kişi, gözlə ədəb zinhar,Şahımızı bilmə çox boylə səfahətşiar,Əqli-səlim əhlidir büsbütün ali-Qacar,Verməyir, əlbəttə, bir hikməti var, sirri var,Yoxsa bu keyfiyyətə rah neçin verməyir?Gah verir filməsəl, gah neçin verməyir?Yox bu işin başqa bir hikməti ya mikməti,Əyri otur, düz danış, vazeh edək söhbəti,Bir kərə al boynuna, var yazığın nikbəti,Şah cəvanbəxt isə bəs nə səbəb millətiHəftədə bir aldadır, gah neçin verməyir?Bircə bu məşrutəni şah neçin verməyir!Gah verir filməsəl, gah neçin verməyir?
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-necin-vermeyir-birce-bu-mesruteni-sah-necin-vermeyir
Use ← → keys to move, R for a random poem
More by this author
Sanma əzdikcə fələk bizləri viranlıq olur.Un təmənnası ilə buğda dəyirmanlıq olur!
Gər istəsən ki, fitneyi-aləm oyanmasınGər istəsən ki, fitneyi-aləm oyanmasın,Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın,
İstəsən könlüm kimi zülfün pərişanİstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
İstiqbal bizimdir!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!