Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət,Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət!

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarındaTöküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət;

Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm,Urullar təllə, dağdan da aşır balayi-hurriyyət.

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın,Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət!

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: "Güm şo!Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət?

Nəmidani ki, in dilbər bu gün məxsusi Iranəst,Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?"

Kəmali-yə’s ilə məhrum olub, bir yanda əyləşdim;Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət.

Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən,Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət;

Oxurkən xətti mə’lum oldu kəştibanı qərq olmuş,Qalıb dəryadə heyran kəştiyi-də’vayi-hürriyyət.

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət!

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire