A t aKuçədə tullan, ey oğul, sən’ətin olmur, olmasın!Sən’ətə, dərsə, məktəbə rəğbətin olmur, olmasın!

O ğ u lKəsbinə getməyə, ata, fürsətin olmur, olmasın!Gündə bir arvad al, boşa, qeyrətin olmur, olmasın!

A t aAxşam olanda çıx çölə, gəlmə səbahə tək hələ,Neyləsən eylə1, bir belə ismətin olmur, olmasın!İffətin olmur, olmasın!

O ğ u lAxşam olanda yax həna, düz zəvəcatı yan-yana,Girdin o dəm ki, yorğana, halətin olmur, olmasın!Qüdrətin olmur, olmasın!

A t aTezdən ayılma bir səhər, dərsinə qılma bir nəzər,Elm oxumaqda, müxtəsər, niyyətin olmur, olmasın!Himmətin olmur, olmasın!

O ğ u lSaqqalı bağlı hər səhər, isti həmamə qıl güzər,Qorxma, azarlasan əgər, səhhətin olmur, olmasın!Behcətin olmur, olmasın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire