Pula təvəccöh ("Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan")
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?Keçdi ömrüm şüğli-təhsilinlə mövqufi-məlal,Dərdə düşdüm, bəstəri-həsrətdə qaldım xəstəhal,Səndədir könlüm yenə etsəm cəhandan irtihal,Sən mənim ömrüm, həyatım, cövhərim, canımmısan?Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?Ah, zalım, ah kim, oldum yolunda canfəda,Bir doyunca qıymadım səndən alam zövqü səfa,İndi varislər hücumavər olub yeksər sana,Varisin, yaxud mənim mali-cibişdanımmısan?Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?Eyləməz varislərim mək tən səni sənduqə dərc,Hər biri eylər səni bir növ ilə min yerdə xərc,Restoranlarda, klublarda olarsan hərcü mərc,Hər yetən çeynər səni, bilməm ətim, qanımmısan?Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?Sevdiyim, bundan belə hini-zəvalındır sənin,İşbu vəch ilə könül cayi-məlalındır sənin,Xatirim, qəlbim, sərim vəqfi-xəyalındır sənin,Sən məni məftun edən nazəndə cananımmısan?Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?Səndən əl çəkməzdim olsaydı əlimdə iqtidar,Lakin icbarən əcəl eylər məni səndən kənar,Canım ağzımdan çıxınca söylərəm biixtiyar:Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-pula-teveccoh-nuri-cesmanimmisan-ey-pul-ya-canimmisan
Use ← → keys to move, R for a random poem
More by this author
Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!Hər gün yeni min məl’ənət icad ediyorsan!
Qafil yaşamaqdansa gözəl kardır ölməkQafil yaşamaqdansa gözəl kardır ölmək,Hərçənd ki, qəflətlə dəxi ardır ölmək;
Nasirülmülk Bakıdan İrana azim olduqdaMəncə, İranə əbəs əzm ediyor Nasiri-mülk,Göz önündə görürəm çünki budur İranı;
Əcdadına çəkdi, pədərin mütləq unutduƏcdadına çəkdi, pədərin mütləq unutdu,Məb’usləri məclis ilə atəşə tutdu,
Poems by other poets · Satire
Yurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Nəyə lazımMənalı keçərsə məclisdə söhbət,Plov nəyə lazım, aş nəyə lazım?
MollanınGəlib orucluğun dəmi, çıxır sədası mollanın,Bu ayda müstəcəb olar bütün duası mollanın.
Ay tutulandaYerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.