Tərpənmə, amandır, bala, qəflətdən ayılma
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!Açma gözünü, xabi-cəhalətdən ayılma!Laylay, bala, laylay!Yat, qal dala, laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!Bidar olanın başı səlamət ola, heyhat!At başını yat, bəstəri-rahətdən ayılma!Laylay, bala, laylay!Yat, qal dala, laylay!
Açsan gözünü rəngü məşəqqət görəcəksən,Millətdə qəm ümmətdə, küdurət görəcəksən,Qıldıqca nəzər millətə heyrat görəcəksən,Çək başına yorğanını, nikbətdən ayılma!Laylay, bala, laylay!Yat, qal dala, laylay!
Bir ləhzə ayıldınsa, qutar canın yuxla,At tiryakını, meyl elə qəlyanını, yuxla,İncinsə sağın, ver yerə sol yanın, yuxla,İllərcə şüar etdiyin adətən ayılma!Laylay, bala, laylay!Yat, qal dala, laylay!
Göz nurudur uyqu, onu dur etmə gözündən,Yol vermə məbada çıxa bir ləhzə sözündən,Amma elə bərk yuxula ki, hətta get özündən,Afaqı tutan şurü qiyamətdən ayılma!Laylay, bala, laylay!Yat, qal dala, laylay!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-terpenme-amandir-bala-qefletden-ayilma
Use ← → keys to move, R for a random poem
More by this author
Yasamaq istər isək sırf əvam olmalıyız!Atıb insanlıgı, bilcümlə həvam olmalıyız!
Adəmi adəm eyləyən paradırAdəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
VERMİRƏM A!..VERMİRƏM A!..(“Mən ölüm, Molla, bizim Xankişinin qanına bax”)
Canın çıxsın! ("Canın çıxsın gözündən qanmayaydın!")Canın çıxsın gözündən qanmayaydın!Qanıb da hər işi odlanmayaydın!
Poems by other poets · Satire
Boşboğazlara*Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,
OlacaqsanVarsa hünərin cəhd elə ərbabi-fəsad ol!Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Naxçıvan dumasına gər o kəsin düşdü işiNaxçıvan dumasma gər o kəsin düşdu işi,Çörəyi pİşdi, kefi kök, damağı təht oldu.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?