Kücədən bir çocuq yüyürdü evə,Bir bumajnik bulub dedi bu nevə:

“Ana, gəl, gəl ki, dövlətə çatdıq,Pullu olduq, səadətə çatdıq!”

Dedi xatun ki: “Söylə, ey fərzənd,Noldu kim, olduq içi dolu pul;

Yol gedən bir qoca kişi nagahDüşürüb keçdi, olmadi agah.

Görmədən kimsə mən qoşub aldim,Tez qaçıb kəndimi evə saldım”.

Anası oğlunun cinayətiniGörərək zahir etdi nifrətini;

Dedi: “Oğlum, nə sərd imiş qanınKi, buna razı oldu vicdanın?

Tifli-məsum ikən günah etdin,Kəndi vicdanını təbah etdin.

Niyə verdin fənayə doğruluğu,Irtikab eylədin bu oğruluğu?

Hiç zənn etməm, özgənin maliBizi zəngin qılıb, edə ali.

Yox, yox, oğlum, inan ki, xar oluruz!Ərzəli-əhli-ruzigar oluruz!

Xain olsaq əgər bu dünadə,Irzü namusumuz gedər badə;

Gözümüz müntəhayi-zillətdənBaxamaz kimsəyə xəcalətdən;

Gərçi pul çox fərəhfəzadır, oğul,Leyk namus pək bəhadır, oğul!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets