Ərəboğlu
Page 1 of 2
1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.
Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.
Bu cür “təntənəli” qəbulun səbəbini elə həmin gecə başa düşdülər. Məsələ orasındadır ki, Ərəboğlu adında bir quldur bütün rayonu terror altında saxlayırdı. Əslində “Ərəboğlu” onun adı deyildi, ləqəbi idi. Üzünün rəngi qapqara olduğu üçün bu cür çağırırdılar.
İnqilaba qədər bu adam böyük ticarətlə məşğul idi. Mülkləri, torpaqları, dükanları vardı. İnqilabdan sonra bunlar hamısı əlindən çıxdı və özü də harda isə itdi. Dedilər guya İrana qaçıb. İndi isə meydana çıxıb, quduz canavar kimi rastına gələni dalayırdı. Tək deyildi, yoldaşları da vardı. Ancaq dəstəsinin neçə nəfərdən ibarət olduğunu heç kəs bilmirdi. Soyur, talayır və müqavimət göstərəni öldürürdü.
Bütün rayonda səfərbərlik elan edilmişdi. Milis işçilərinə köməkçi olarıq həvəskar dəstələr yaradılmışdı. Həm rayon mərkəzində, həm də kəndlərdə bu dəstələr qarovul çəkir və dövlət əmlakın Ərəboğlundan gözləyirdilər.
Rayon mərkəzi dağ döşündə yerləşmiş kiçik, səliqəli bir şəhərdən ibarət idi. Yaxşı klubu vardı. Klubu xüsusi bir məqsədə tikilmiş bina deyildi, keçmiş bəy evi idi. İnqilabdan sonra bu ev dəyişdirilib klub şəklinə salınmışdı.
Artistlər şəhərdəki gərgin vəziyyətə baxmayaraq, klubu səliqəyə saldılar, dekorasiyaları kiçik səhnədə yerləşdirdilər və bütün şəhərə elanlar yapışdırdılar ki, bu gecə “Laçın yuvası” tamaşası veriləcək.
Heç kəs getmədi. Bircə bilet də alan olmadı. Truppaya bu hadisə çox pis təsir elədi, həvəsdən düşdülər, sabahı gün getməyi qərara aldılar. Ancaq getmək də mümkün deyildi. Ərəboğlu yolda onların qabağını kəsə bilərdi. Gələndə xəbərsizdilər, qorxmamışdılar.
Sabahı günü axşama kimi dekorları dəyişdilər, yeni afişa düzəltdilər, iri taxtaların üstündə yazıb teleqraf dirəklərinə belə elan vurdular: “Otello”, “Qısqanc bir generalın macərası. Axırıncı pərdədə öz arvadını boğur”.
Yenə gələn olmadı. Onca tamaşaçı, o da uşaq-muşaq. Oynamadılar. Kor-peşman evlərinə qayıtdılar. Səhər tezdən truppanın rəhbəri Aslan revkomun yanına getdi və xahiş etdi ki, xüsusi mühafizəçilər versinlər, onları yola salsınlar.
Revkom Məbud kişi ucaboy, xoşsifət bir qoca idi. Uzun bığları vardı və bu, onu bir az Koroğluya bənzədirdi. Kənardan baxana elə gələ bilərdi ki, Məbud kişi bütün günü heç bir iş görmür, yalnız bığlarını eşməklə məşğuldur. Ancaq elə deyildi. Məbud kişi on beşinci ildən partiyanın üzvü idi. Mübariz, tədbirli adam idi.
Aslana diqqətlə qulaq asdıqdan sonra dedi:
– Ayrı vaxt olsaydı, sizə böyük hörmət eləyəcəkdik. Neyləyək? Çox pis vaxtda gəlmisiniz, başımız qarışıqdır, quldurlar göz verib işıq vermirlər.
Ancaq...
Birdən Məbud kişi sözünü kəsdi, nə isə düşünüb ayağa qalxdı.
– Bircə dəqiqə burda otur, oğlum, mən bu saat qayıdıram. Ağlıma bir şey gəlib.
Bunu deyib Məbud kişi çıxdı və xeyli keçəndən sonra bir nəfərlə geri qayıtdı. Aslana müraciət edərək dedi:
– Tanış ol. Bizim rayonda çekanın nümayəndəsi, yoldaş Cəfərov.
Cəfərov arıq, cəld bir adam idi. Aslanla görüşəndən sonra stul çəkib oturdu və papirosu papirosa calamağa başladı. Sona qədər bir kəlmə danışmadı.
Məbud kişi Aslandan soruşdu:
– Repertuarınızda hansı əsərlər var?
– Süleyman Sani Axundovun “Laçın yuvası”.
– Onu klubda bizim uşaqlar bir neçə dəfə oynayıblar. Sonra?
– “Hacı Qara”.
– O da heç.
Aslan təəccüblə çığırdı:
– Necə heç?.. Mirzə Fətəli Axundov heç?
– Özündən çıxma, yoldaş artist, heç – ona görədir ki, o əsəri bizim rayonda uşaqlar da əzbər bilir. Daha nəyiniz var?
– “Otello”.
– O hansıdır? Qısqanc bir generalın macərası? Axırıncı pərdədə öz arvadını boğur, o?
– Özüdür ki, var... Şekspir yazıb...
Məbud kişi bığaltı gülüb soruşdu:
– Gərək ki, o əsərin qəhrəmanı zəncidir, eləmi?
– Bəli! – deyə Aslan cavab verdi və ürəyində fikirləşdi: “Deyəsən bu qoca dramaturgiyanı yaxşı bilir”.
Məbud kişi bığlarını eşib bir az fikirləşdi, sonra Aslandan soruşdu:
– Onun adını dəyişsək olarmı?
– Kimin adını, Otellonun?
– Yox, əsərin adını. Qoy Otello elə Otello olaraq qalsın. Ancaq əsərin adını qoyaq “Ərəboğlu”.
– Axı, Otello quldur deyil, böyük sərkərdədir, generaldır.
– Mən demirəm ki, xasiyyəti dəyişsin, – deyə Məbud kişi sakit cavab verdi. – Əsəri necə var o cür oynayın. Bizim rayonda onun tamaşasını göstərməyiblər, qoy camaat görsün. Ancaq adını dəyişək, afişalarda belə yazaq: “Ərəboğlu”. Hal-hazırkı həyatdan götürülmüş şiddətli komediya.
Aslan təəccüblə dedi:
– Komediya?
– Bəli. Bizim tamaşaçılar komediyanı çox sevirlər.
– Axı bu faciədir!
Məbud kişi yenə bığaltı gülüb dedi:
– Əgər fikirləşsən, görərsən ki, bütün faciələrin axırı komediya ilə qurtarır.
– Yaxşı olmaz.
– Çox gözəl olar! Siz etiraz eləməsəniz Şekspir bir kələm söz deməz. – Məbud kişi güldü. – Tamaşanı təyin eləyək iki gündən sonraya. Mən mətbəəyə tapşıraram, bircə saata sizə afişa düzəldərlər. Hər yanda car çəkərik ki, Ərəboğlunun həyatından gülməli əsər oynayacağıq. Qoy camaat gəlib tamaşa eləsin.
– Bəs bizdən soruşmazlar ki, niyə gülməli deyil?
– Axırı çox gülməli olacaq. Sən özün görəcəksən. Ancaq iki şərtim var. Birinci odur ki, gündüz oynayacaqsınız. Axşam qorxudan heç kəs gəlməz. Çünki o quldur bayquş kimi qaranlığı sevir, gündüz hücum eləməyə cürət eləmir. İkinci şərtim də odur ki, klubda yox, açıq havada, şəhərin qırağındakı qoruqda oynayacaqsınız. Orda sizinçün səhnə düzəltdirmək, şərait yaratmaq mənim boynuma. Razılaşdıq?
Aslan istər-istəməz razı oldu. Gedəndə Məbud kişi, Cəfərov onu qapıya kimi ötürdülər. Qapıda Məbud kişi onunla görüşüb dedi:
– Məqsədimiz odur ki, bəlkə sizin vasitənizlə o qulduru yaxalayaq. Çox xudpəsənd adamdır, eşitsə ki, onun həyatından komediya oynayırıq, davam gətirməyəcək, tamaşanı pozmağa cəhd edəcək. O zaman biz onu yaxalayarıq. Başa düşdün? Ancaq gərək heç kəsə bu barədə söz demiyəsiniz.
Aslan gəlib aktyorları yığdı və iki gündən sonra “Otello” komediyasını oynayacaqlarını onlara xəbər verdi. Otello rolunu oynayan aktyor bir az özündən çıxdı, atılıb-düşdü. Aslan əsil mətləbi onlara açıb söyləməyə məcbur oldu. Ancaq tapşırdı ki, bu dövlət sirridir, gərək heç kəs bilməsin.
Əlbəttə, bir sirri iki adam bilirsə, deməli artıq o sirr deyil. Necə oldusa, aktyorlardanmı, ya aktrisalardanmı, biri bu sirri ürəyində saxlaya bilmədi, kimə isə dedi. O adam başqasına, başqası da başqasına... Bir gündən sonra bütün rayon bilirdi ki, Ərəboğlu tamaşaya hücum edəcək və onu bu qayda ilə tutacaqlar.
... Qoruqda düzəldilmiş müvəqqəti teatr binasında iynə salmağa yer yox idi. Şəhərdə heç kəs qalmamışdı, hamı burda idi. Bütün “qapılar”, “pəncərələr” silahlı adamlarla əhatə olunmuşdu. Yollarda gözətçilər qoyulmuşdu.
Bu cür gərgin vəziyyətdə tamaşa başlandı.
Şəhərdə düz klub binasının qabağında bir su satan vardı. Bu adam inqilabdan əvvəl Ərəboğlunun darğası olmuşdu. Həmin darğa hələ indi də öz ağasına xidmət göstərir və şəhərdə olan hadisələri ona çatdırırdı. Darğa yalnız bu gün imkan tapıb özünü Ərəboğluna yetirə bilmişdi. Ərəboğlu həqiqətən zənci kimi qapqara, yekəsifət, yekəburun, eybəcər bir kişi idi, beş adamdan ibarət dəstəsi ilə bərabər meşədə, fızıllıq bir yerdə oturmuşdu. Darğa ilə həmişə burda görüşürdülər.
Darğa şəhərdəki vəziyyəti ona başa salırdı:
– Qoruqda yer qayırıblar, pərdə-zad çəkiblər, bu saat orda həngamə çıxardırlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-ereboglu
Use ← → keys to move, R for a random poem
More by this author
İkinci şəkilYenə həmin yer. Axşamüstüdür. Səhnənin arxasından gülüş və oxumaq səsləri eşidilir. İşçilər mahnı oxuya-oxuya işdən çıxırlar.*
Üçüncü pərdəDördüncü şəkilYeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.*
Dördüncü pərdəBeşinci şəkilİstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.*
Yalan3 pərdəli, 14 şəkilli komediya*İştirak edənlər
Poems by other poets
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Çadralı qızlarımızaSizə indi diyorlar: – Çıxınız bu örtüdən,Qovunuz üzünüzdən bu məlun buludları.