Üçüncü pərdə
Page 2 of 3 · 33%
Təmraz
İndi bu iclasdan sonra yazıq o qızın gününə. Yox, gərək müəllim qızın dərdinə qala.
Şeyda
Necə qalım, axı?
Mehralı
Mən deyən kimi elə: götür qızı, apar evinə, qurtarsın getsin!
Şirəli
Lap günü sabah, qızı götür apar bizim əmioğlunun yanına, adınızı dəftərə yazsın, qurtarsın getsin.
Mehralı
Doğrudan, Şirəli, sənin əmioğlun ZAQS-dır, axı.
Şirəli
Gedib bu saat əmioğlunu başa salarıq, səhər tezdən idarəni açıb sizi gözləyər. Sonra da toy...
Şeyda
Yəni, mümkün olar?
Şirəli
Niyə olmur? Çox gözəl olar. Durun gedək, əmioğlu yəqin bu saat buralardadır.
Mehralı
Müəllim, gəl, utanma...
Söhbət eləyə-eləyə çıxırlar. Kərəmov, Mirzə Hüseyn və Salmanov içəri girirlər.
Kərəmov
Mirzə Hüseyn, kefini xarab eləmə. Məndən ibrət götür, gör necə aslan kimi dayanmışam. Bax, bu qalın papkaları görürsən?
Mirzə Hüseyn
Bunlar nədir, yoldaş Kərəmov?
Kərəmov
Bunlar, mənim tərcümeyi-halımdır, hələ iki bu qədər evdə var.
Mirzə Hüseyn
Siz böyük adamsınız, yoldaş Kərəmov. Mən kiməm? Balaca bir hesabdar. Amma siz... sütunsunuz... Burada qədrinizi bilmirlər, siz şəhər adamısınız, direktor olası adamsınız.
Kərəmov
Onu gəl, bu həşəratdan soruş. Bir boynu xaltalının biri məni biabır eləsin? O cürlərini mən çox görmüşəm. Onlar ziyalılardır. Düz deyiblər ki, ziyalıdan adam olmaz.
Mirzə Hüseyn
Əlbəttə, sizin kimi igidlərə ziyalılar neyləyə bilər?
Kərəmov
Salmanov, uzaq getmə, mən bir az da hazırlaşmaq istəyirəm.
Salmanov
Baş üstə, yoldaş Kərəmov.
Kərəmov
Gəlin, qapımda növbə ilə qarovul çəkin, heç kəs mənə mane olmasın. (Çıxır)
Mirzə Hüseyn
Qol çəkdirdin?
Salmanov
Hazırdı, bir-iki tərifə bənddir.
Mirzə Hüseyn
Ver bura, görüm.
Salmanov
İtirmə ha...
Mirzə Hüseyn ilə Salmanov gedirlər. Musa və Zalxa içəri girirlər.
Zalxa
Bura gəl, bura gəl, utanma.
Musa
Görəsən, o burdadır?
Zalxa
Öz-özünə nə danışırsan? Hündürdən de, biz də eşidək.
Musa
Arvadlarla sülh etmək nə qədər də çətin işdir.
Zalxa
Hə! Başa düşdüm. Söhbət tapmırsan? Onda mən başlayım, a kişi, de görüm, sən kolxoza niyə girmirsən?
Musa
Bunu məndən o da soruşmuşdu.
Zalxa
O kimdir axı?
Musa
Mən göylərlə söhbət eləyirəm.
Zalxa
Çox nahaq, düş bu saat aşağı, sənin göydə nə işin var? De görüm, kolxoza niyə girmirsən?
Musa
O üç nəfər olan yerə mən ayaq basmaram.
Zalxa
Üç nəfər kimdir?
Musa
Kərəmov, Mirzə Hüseyn, Salmanov.
Zalxa
Bu sözündə haqlısan. Demək, onlar olmasa, girərsən?
Musa
O gələcəyin işidir, cürbəcür suallar verib məni dilxor eləmə, ey qadın!
Zalxa
Budur ha, yenə tutması tutdu, çıxdı göylərə.
Bu halda bir dəstə kolxozçu, Surxay, Ziynət içəri girirlər.
Surxay
Hə, bax, buna sözüm yoxdur. Musa dayı birinci dəfə bizim məclisə gəlib. Təbrik eləyirəm.
Ziynət
Təbrik eləyirəm, ay Musa dayı. Zalxa xala, Musa dayı ilə barışmısan, deyəsən?
Zalxa (Ziynəti bir tərəfə çəkir)
Ziynət, qızım, sənin xətrinə mən onunla söhbət eləyirəm ha...
Musa (Surxaya)
Surxay, oğlum, yalnız onun xətrinə mən bu Zalxa arvadla söhbət eləyirəm. Mən bütün qadınlara sülh elan eləmişəm, bildin?
Surxay
Bildim, işində ol. Zalxa xala bilirsən nə yaxşı adamdır.
Ziynət (Zalxaya)
Əlbəttə, elədir, yavaş-yavaş düzələr, kolxoza da girər.
Kolxozçular görüşürlər, gülüşürlər, səs-küy düşür.
Zalxa (Musaya)
Gedək qabaq cərgədə oturaq. Gəl, utanma. Başını aç, otaqda papaqlı dayanmazlar.
Keçib otururlar. Kərəmov, Mirzə Hüseyn, Salmanov səhnəyə gəlirlər.
Kərəmov
Dayanın! Bu nə səs-küydür? Kolxozdur, yoxsa kolxoz bazarı? Salmanov!
Salmanov
Bəli, yoldaş Kərəmov!
Kərəmov
Otur protokol yaz. Oturun, ay camaat, iclası başlayıram. Bütün kolxozu məhkəməyə verəcəyəm. (Tribunaya keçib böyük dəftər-kitabları qabağına düzür və bir yekə stəkan su içdikdən sonra təkrar stolun başına keçir) Yoldaşlar, iclası açıram. Birinci sözü verirəm kolxoz sədri Kərəmov yoldaşa. (Keçir tribunaya) Yoldaşlar! Məncə, kolxozun 1938-ci ildə siyasi və ictimai vəziyyətini təhlilə keçməmişdən qabaq...
Təmraz
Yoldaş, oradan mənə bir söz!
Kərəmov
Sus, danışıb məcazımı pozma, sədrin sözünü kəsməzlər, ədəbsiz, o ki, qaldı dünyanın siyasi vəziyyəti, o barədə mən sükut ilə keçirəm. Çünki “Şəfəq” kolxozunun planı doldurmağı, nəinki doldurmağı, hətta artıqlaması ilə doldurmağı, hətta mən yazıb verdiyim protokolda ki, bunların hamısını bir-bir qeyd etmişəm, çünki planın doldurulmağı barədə raport yazanda... (Fikirləşib bir stəkan su içir)
O danışa-danışa işıq sönür.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-toy-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Üçüncü şəkilPərdə qabağı*
Dördüncü pərdəDördüncü şəkilYasəmən pərdə qabağına çıxır.*
Şirin bülbül1**Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə heç ağlına gəlməz.
Nəfəs puluƏsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Poems by other poets
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
OynaşırKatiblərin şahı dəftər içindəQələm ilə nazik əllər oynaşır.
Övzai-çərx sanma ki, biixtilaf olurÖvzai-çərx sanma ki, biixtilaf olur,Cuyi-zəmanə gah bulanır, gah saf olur.