قدرت حرف گرفتند و زبانم دادند
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
قدرت حرف گرفتند و زبانم دادندپای رفتار شکستند و عنانم دادند
آب را در جگر سنگ حصاری کردندجگری تشنه تر از ریگ روانم دادند
ظاهر و باطن من آینه یکدگرندسینه ای صافتر از آب روانم دادند
چشم پوشیده تماشای رخش می کردمبه چه تقصیر دو چشم نگرانم دادند؟
خامه ام، گفت و شنیدم به زبان دگری استمن چه دانم چه سخنها به زبانم دادند
سالها در پی بی نام و نشانان رفتمتا به سر منزل مقصود نشانم دادند
Maqta — the closing couplet bearing the poet’s pen name. لب پرخنده گرفتند گر از من صائببه تلافی مژه اشک فشانم دادند
Sözümü aldı, mənə dinməyə imkan verdi,Sındırıb qıçlarımı, get, deyə fərman verdi.
Bulağın gözlərinə daş basıb aldı hasara,Bu yanan köksümə o qumlu bir ümman verdi.
Aynaya bənzəri var zahir ilə batinimin,Bəxt könül aynamı sildi, mənə əlvan verdi.
O günəş ki, nuruna qərq eləyib yer üzünü,İşığından mənə bir zərrəcə ehsan verdi.
Bağlı gözlər onun ay hüsnünə heyransa əgər,Mənə göz verdi, demək, baxmağa imkan verdi.
O əqiq ləblərini yar mənə verdikdə nişan,Qəlbimi aldı əlimdən, mənə o, can verdi.
Qələmim özgə dil ilə sözümə verdi cavab,Bu dili bilmədim, o öyrənib hardan, verdi?
Sadə insanların ardınca dolandım bir ömür,Haqq mənim məqsədimi təkcə bu yoldan verdi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Dodağımdan gülüşü aldı o, ancaq, Saib,Əvəzində yarına ox kimi müjgan verdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saib-qezel-3500
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun
دیده بانان این کبود حصارروز کورند یا اولیالابصار
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,