رحم قیل صائبه ساقی، می ایلن دوت الینینیچه ایچسون قانینی بواورگی قان اولموش؟

Rəhm qıl Saibə, saqi, mey ilə tut əliniNeçə içsin qanını bu ürəyi qan olmuş?

می دن اول چهره زیبا عرق افشان اولموشیا سراسر گوز اولوب اوزینه حیران اولموش

Meydən ol çöhrəyi-zeba ərəqəfşan olmuşYa sərasər göz olub özünə heyran olmuş

بوگورن دایره نی هاله گمان ایتمه که چرخآغزین آچوب مه شبگردیمه حیران اولموش

Bu görən dairəni halə güman etmə ki çərxAğzın açub mahi-şəbgərdimə heyran olmuş

گوزدن ایراق که سلطان جنون شوکتدنهر دو گون باشیمه بیر چتر سلیمان اولموش

Gözdən iraq ki, sultani-cünun şövkətdənHər dü gün başıma bir çətri-Süleyman olmuş

لب لعلین غمیدن بس که اودوبدورلار قانخوبلارون داش اورگی کان بدخشان اولموش

Ləbi-lə'lin qəmindən bəs ki udubdurlar qanXubların daş ürəyi kani-Bədəxşan olmuş

تا گوروپدور نظرین وار اوخ ایلن ای قاشی یایگل اوزین جمع قیلوب غنچه پیکان اولموش

Ta görübdür nəzərin var ox ilə, ey qaşı yayGül üzün cəm qılub qönçəyi-peykan olmuş

Maqta — the closing couplet bearing the poet’s pen name. صاف ایدنده لب جانبخشینی دورانون الیبیر ایکی قطره داموب چشمه حیوان اولموش

Maqta — the closing couplet bearing the poet’s pen name. Saf edəndə ləbi-canbəxşini dövranın əliBir-iki qətrə damub çeşməyi-heyvan olmuş

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring