Birinci pərdə
Page 2 of 2 · 50%
Ülkər. Kimdən qorxacağam?
İldırım. Atandan. O ki bizi düşmən tutur.
Ülkər. O başqa, mən başqa.
Mirzə Möhsün (yol ağzında durur). İldırım, gəl gedək!
İldırım. Tələsmə, gəl bura!
Mirzə Möhsün (gəlir. Ülkəri görüncə əlini ona uzadaraq). Uğurlar olsun, Ülkər!
Ülkər. Sağ ol!
Mirzə Möhsün. Sizi bura mələklərmi çəkib gətirmiş?
Ülkər. Nə bilim, bəlkə də...
İldırım. Şübhəsiz, onun şeytanlarla işi yoxdur.
Mirzə Möhsün. Əvvəllər bacım Günəş ilə tez-tez görüşürdünüz. Son zamanlar bizi unutmuşsunuz, yəqin atanız izn vermir.
Ülkər. Unutmadım. İşim elədir ki...
Mirzə Möhsün. Hər halda dövlətli Səfi bəyin qızısınız, bizlərə tənəzzül etməzsiniz.
Ülkər. Mənim yanımda dövlətin heç bir qiyməti yoxdur. Elə olsaydı, sizin içinizə gəlməzdim.
İldırım. Ülkər bizdəndir, o bizimdir!
Hamısı mənalı təbəssümlə susar.
Ülkər. İzn verin gedim!
Mirzə Möhsün. Siz sərbəst bir quşsunuz... Buyurun...
Günəş (Ülkərin əlindən tutub). Bərabər gedək!
Ülkər. Sağ olun.
İldırım. Sağ ol!
Mirzə Möhsün. Səfalarla... (Hər ikisi arxalarınca baxar. Ağır və həyəcanlı sükutdan sonra) İldırım, Ülkər buraya nə üçün gəlmişdi?
İldırım. Məni görmək üçün!
Mirzə Möhsün. Demək, səni sevir, eləmi?
İldırım. Elədir ki, var. Özü də, deyəsən, lap möhkəm.
Mirzə Möhsün. Sən də onu sevirsənmi?
İldırım. Elə qızı heç sevməmək olarmı? Görüncə qəlbimdə çiçəklər açır... hələ o gözlər... İnsanın canını alır. (Müəllimin rəngi qaçır, bihal görünür) Sənə nə oldu, Möhsün?
Mirzə Möhsün. Heç.
İldırım. Yoxsa, sən də Ülkəri sevirsən?
Mirzə Möhsün. Vaz keç, İldırım!
İldırım. Söylə... Dostluğumuz eşqinə, söylə!
Mirzə Möhsün. Yox... Ancaq çox xoşuma gəlir. Bir də ki, sən onu sevdikdən sonra bunun nə əhəmiyyəti...
İldırım. Haqqın var, o, sevilməyə layiq qızdır.
Mirzə Möhsün. Zahiri qədər batini də gözəldir.
İldırım. Səfi bəy kimi acgöz zalım bir adamdan belə övlad!.. Çox təəccüblüdür. Hətta atasının tutduğu işlərə qarşı dərin nifrəti vardır.
Mirzə Möhsün. Elədir, bunu mənə Günəş də söyləmişdir. Ancaq ehtiyatlı ol, hər halda bəy qızıdır.
İldırım. Qorxma, müəllim, bu kəndli balasının ürəyində elə şam yanmır ki, onu Səfi bəylərin qızı söndürə bilsin. Məhəbbətin öz yeri var, məsləkin öz yeri.
Hər ikisi meşəyə doğru gedir. Səhnə bir anlığa qaranlıqlaşıb yenidən işıqlanır.
Səfi bəy Rüstəmi qabağına salıb səhnəyə çıxarır.
Səfibəy. İt balası, qırqovulu nə üçün qaçırtdın?
Rüstəm. Bağışla, bəy, bilmədim.
Səfibəy. İndi bilərsən. (Bir şillə vurur)
Rüstəm. Səni uzaqdan gördüyüm üçün ağacların arasında gizlənə-gizlənə gedirdim, qırqovul ovladığını bilmədim, bağışla.
Səfibəy. Dur, bağışlayım. (Bir şillə də vurur)
Rüstəm. Məni nə üçün vurursan?
Səfibəy. Sən bağışla deyirsən, mən də bağışlayıram. Daha nə mırıldayırsan? (Yenə vurur)
Rüstəm. Vurma, bəy, ocağımı söndürən sənin bu baxşışların olmadımı? Zülmündən baş götürüb gedirdim, yenə sənin toxmağına rast gəldim.
Uzaqdan İldırım və Mirzə Möhsün bunları görüb seyr edirlər.
Mirzə Möhsün. Bu istibdad quyruğu yenə kimi vurur?
İldırım. Gözəl fürsətdir, qırqovul ovu olmasın, qaban ovu olsun! (Nişan alıb vurmaq istəyir)
Mirzə Möhsün (onu tutur). İldırım! Nə edirsən?
İldırım. Bu bədbəxt kəndi bu qabanın zülmündən qurtarmaq istəyirəm. Bir də ki, öz intiqamımı...
Mirzə Möhsün. Yox, dayan!
Səfibəy (Rüstəmi vurur). Al, bu da biri!
İldırım. Yazıq kəndlini, bax, necə mələdir. Heç olmasa, başı üstündən atım ki, qorxub qaçsın.
Mirzə Möhsün. Belə olar.
Atəş açır, Səfi bəy qorxub ətrafa baxır. İldırım bir də atır. Səfi bəy qorxu
içərisində, səndələyə-səndələyə səhnədən çıxır. Mirzə Möhsün və
İldırım Rüstəmə yanaşırlar.
İldırım. Rüstəm əmi, sənsən? Bu qaban səni nə üçün yenə vururdu?
Rüstəm. Əlinə bəhanə düşmüşdü, ovunu qaçırmışdım.
Mirzə Möhsün. Meşədə nə işin vardı ki?
Rüstəm. Baş götürüb Dağıstana gedirdim.
İldırım. Bu nə üçün?
Rüstəm. Bu zalımın zülmündən qurtarmaq üçün... A kişi, başımda tərs dəyirman işlədir. Keçən il mən başı daşlı bundan iyirmi manata topal bir yabı almışdım. On manat verdim, on manat da borclu qaldım. Dedi, tələsmə, nə vaxt pulun olsa verərsən. A başına dönüm, mən də inandım. Axırda o borcu şişirdib yüz altmış manata çıxardı. Evimi, eşiyimi satdırdı, qapımdan inəyimi, öz topal yabısını çəkib apardı... Bunlar bəs gəlmədi, indi də oğlumu borcun əvəzində işlədir... Doğrusu, bu zülmlərə tab gətirə bilmədim, baş götürüb gedirdim ki, yolda yenə də ona rast gəldim.
Mirzə Möhsün. Bir kəsə şikayət etmədin?
İldırım. Şikayət haqq olan yerdə olar. (Əlini havada oynadaraq) Haqq isə budur: qolun güclüdür – haqlısan.
Rüstəm. Girmədiyim qapı qalmadı. Hər yerə baş soxdum, yasavullar, kazaklar tüfəng ilə döşümdən vurub çıxardılar... Neyləyim!
İldırım haqlıdır.
İldırım (Rüstəmin döşündən tutub hiddətlə çəkərək). A kişi, topalsan, görmürsən, sənə bu qədər zülm olur, nə üçün susursan?
Rüstəm. Neyləyim, İldırım?
İldırım. Canına çor elə. Elə namərdləri başımıza çıxaran sənin kimi qorxaqlar, zülmə boyun əyənlərdir. Mərdlik insanlığın zinətidir. (Acıqlı halda kənara çəkilir)
Rüstəm. Nə edim, onu bacarmıram, qurdla qurdluq edə bilmirəm. Amma yaxşı dadıma çatdınız, yoxsa o dünyalıq olmuşdum.
İldırım. Əksinə, sənin xoşbəxtliyinə mane olduq. Ölsəydin, daha bəxtiyar olardın!
Rüstəm. Bu da doğrudur, amma yaşamaq da şirindir. Elə onun ucundan elimdən, obamdan didərgin düşürəm. Görək taleyim nə göstərir. Hələlik sağ olun. Balalarımı sizə tapşırıram.
Mirzə Möhsün. Arxayın ol! Yaxşı yol!
Rüstəm gedir. İldırım bir müddət dinməz durur.
İldırım. Belə miskinlər də yaşamaq istəyir.
Mirzə Möhsün və İldırım getmək istərkən uzaqdan məhkəmə işçisinin, koxa və ya-
savulların gəldiyini görüb, ağac altında dayanırlar. Məhkəmə işçisi, koxa və yasavul
lar Balaxanımın evi qarşısına gəlirlər.
Koxa. Bu evdir, bağı da dal tərəfdədir.
Məhkəməişçisi. Bağ sahibini çağır gəlsin.
Koxa (bağırır). Ay ev yiyəsi... ay ev yiyəsi...
Balaxanım (pilləkən başına çıxır). Kimdir soruşan? Nə olub?
Koxa. Sud gəlib, bağı yazırlar, aşağı en!
Balaxanım. Nə üçün yazırlar?
Koxa. Fərzəlinin Səfi bəyə olan borcuna.
Balaxanım (aşağı enir). Fərzəlinin hansı borcuna? Onun Səfi bəyə borcu yoxdur.
Koxa. Sən deyirsən yoxdur, amma bu təməssük deyir ki, var.
Balaxanım. Kişinin vəsiyyəti var. Borcu olsaydı yazdırardı.
İldırım və Mirzə Möhsün onlara doğru gəlirlər.
İldırım. Yenə nə var? Nə olub?
Balaxanım. Ay İldırım qardaş, evimi yıxırlar, ev-eşiyimi yazırlar...
İldırım. Nə deyib yazırlar?
Məhkəməişçisi. Fərzəli üç yüz manat borc alıb; evi, bağı Səfi bəyin yanında girov qoyubdur. Vekseli var. (Vekseli göstərir)
Balaxanım. Yalandır, atam, onun evi yıxılsın. Fərzəlinin qırxı çıxmamışdı, mənə elçi göndərdi. Cavab verdim ki, mənim evimi, bağımı alırsa, o, yetimlərindir, mənim deyil. Əgər məni alırsa, arvadı Soltan xanım məndən də ağ-çağ, yumurta kimi arvaddır. İndi o acıqdır ki, məndən alır.
Məhkəməişçisi. Bəs onda kənd mollası Səməd əfəndinin, koxanın və özünün qoluna nə deyirsən? Bu ki, yalan deyil?
Balaxanım. Nə yaxşı adamların qolu var. Fərzəli binəva, heç yazı-pozu bilirdi?
Mirzə Möhsün. Bacım, bu vekseli saxta bilirsinizsə, şəhər məhkəməsinə şikayət edin.
Koxa. Müəllim Mirzə Möhsün də sənə vəkil olar.
İldırım. Bir şərtlə: ancaq sizlərin müttəhim olduğunuz gün hakim olmaq şərtilə... Ey koxa, bu arvada çox dolaşmayın ki, xeyir görməzsiniz.
K o xa. Biz heç kəsə dolaşmırıq, vəzifəmizdir.
Məhkəməişçisi. Üç günə kimi evi və bağı Səfi bəyə təslim verməlisiniz. Məhkəmənin qərarı belədir.
Balaxanım (ağlayır). Belə zülm olar! Mən bu yetimləri hara aparım...
İldırım. Sən buradan heç yerə getməyəcəksən! Bircə bu bir-birinə hörümçək toru kimi bağlı tüfeylilərin nəslinə son qoya bilsəydim... (Məhkəmə işçisi, koxa və yasavullar yavaşca aradan çıxırlar) Nə edim, əlimdən nə gəlir... Bu qırılmışlar, müəllim demişkən, bir deyil, iki deyil ki, tumlarını kəsəsən.
Balaxanım hıçqıraraq ağlayır. Onun səsinə uşaqları gəlib başına yığılır,
anaları ilə bərabər ağlamağa başlayırlar.
Mirzə Möhsün (havada yumruğunu sıxaraq). Ey qartalbaşlı zülm heykəli, sən istədiyin qədər yıx, dağıt! Əmin ol, o qanlı taxt-tacını məzlumların qəlbində yanan bu kin və intiqam ildırımı bir gün məhv edəcək.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-ildirim-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Söndün nə çapıq, ruhuma qüvvət verən ey nur,Ümmidi-vüsalınla sənin mən yaşayırdım.
İyirminci əsrə xitabMəzlumların ümidisən, ey əsri-pürxətər!İzlər böyük addımlarını bir sürü bəşər!
Yad et!Vəqta ki gülər bahari-amal,Hər yerdə yaşıllanır çəmənlər.
Nişanlı qızZülmət gecədə nişanlı bir qızBir hüzn, kədər içində yalqız,
Poems by other poets
Ey badi-səba, məndən ol yarə salam eylə,Dərdü ələmim bildir dildarə, salam eylə.
Aşıq Pərinin Cəfərqulu xana cavabıEşitmişdik, qulluğuna yetişdik,Gördük ki,düşübsən dildən-dilə sən.
Qafqazın qartalıQafqazın mərd oğlu general*Cövhər Dudayevə ithaf*
زاهد به کعبه با سر و دستار میروداین مست بین که روی به دیوار میرود