Beşinci pərdə
Page 3 of 3 · 67%
On ikinci şəkil
Beşinci pərdənin birinci şəklindəki görünüş. Dan yeri təzəcə qızarmışdır. Yaxında
qılınc şaqqıltısı, mızraq, toppuz səsləri, arabir pəhləvan nərələri eşidilir. İskəndər
hündür bir təpəlikdə dayanmışdır. Onun yanında Ərəstu və birneçə
sərkərdə vardır. Onlar yaxında gedən vuruşu müşahidə edirlər.
İskəndər
Ordular gəlmişdir qarşı-qarşıya.
Ərəstu
Nərələr qopduqca inləyir dünya.
İskəndər
Ha, Klit, qəhrəman, qoçaq sərkərdə,
Düşmənin qəlbini yar sən hər yerdə.
Bilirəm ki, Klit qazanar zəfər.
Ərəstu
Nə zaman basılmış rumlu İskəndər?
İskəndər
(Vuruş meydanına diqqətlə baxaraq)
Ah, neçin qol-qanad açmayır ordu?
Ərəstu
Düşmən də ayıqmış, bax, hiylə qurdu.
Diqqət et, həlqəyə salıblar bizi.
İskəndər
Aşar o halqanı yunan dənizi!
Ərəstu
Düşmənə səngərmiş qayalar, dağlar,
Meşələr, keçidlər...
İskəndər
Ah, Kimon qəddar!
Verdiyi xəbərlər yalanmış, yalan!
Ərəstu
Onu da aldatmış ağıllı düşman.
İskəndər
(Vuruş meydanına baxaraq, təəccüblə)
Bu nədir, bu nədir? Vəzir, nə demək!
Düşmənin mərkəzi yarılsın gərək!
Getmək istərkən Ərəstu onu saxlayır.
Ərəstu
Həyəcan etmə, dur, ulu tacidar!
İskəndər
(Vuruş meydanına baxaraq)
Ha, Klit! Ha, igid! Qəhrəman sərdar!
(Attal tələsik gəlir, İskəndər həyəcanla ondan soruşur)
Sərkərdə, durma, ver döyüşdən xəbər!
Attal
Vəziyyət ağırdır, ey böyük qeysər! Odlu qumbaralar, zəhərli oxlar
Qəhrəman orduda qoymadı tutar,
Hər tərəf dərədir, təpə, yoxuşdur,
Dərələr, xəndəklər sellə dolmuşdur. Düşmən çox igiddir, bilməyir qorxu. Boş keçmir süngüsü, qılıncı, oxu...
İskəndər
Of!.. Mənim qəlbimi dəldi bu xəbər. Gəl gedək.
Getmək istərkən Ərəstu onu saxlayır.
Ərəstu
Tələsmə, şövkətli qeysər,
Düşməndə çox mahir nişançılar var. Oxlar, qumbaralar sizi yaralar,
Ordumuz basılmaz Azərbaycan!
İskəndər
Kimdir o ağ atlı düşmən, baxsana!
Qılıncı başından elə bərk çıxdı,
Gövdəsi torpağa su kimi axdı.
Attal
Sərkərdə Uluğdur, zor pəhləvandır, Döyüşdə igiddir, çox qəhrəmandır.
İskəndər
Əjdaha olsa da, tərifə dəyməz.
Əmrimi get söylə: yarılsın mərkəz. Həm də sağ cinaha göndərin qüvvət, Çalışın, düşmənə verməyin fürsət!
Attal gedir, Flut gəlib baş əyir.
Flut
Qeysərim, sağ cinah pozuldu yaman,
Düşmənlər hücuma keçdi hər yandan. Döyüşkən igidlər oldu çox tələf,
Düşdü çirkablara o şan, o şərəf!
İskəndər
Nə mırıldanırsan, ey səfil, miskin?
Səndə nə hünər var, nə vüqar, təmkin. Get qadın paltarı geyin, ey alçaq!
Sənə layiq deyil heç qılınc vurmaq!
Flut
Yox-yox, bu təhqirin çəkilməz, qeysər! Hind ilə İranı fəth edən ərlər,
Qəhrəman igidlər, söylə, kimlərdir?
Yoxsa ki, zənnincə, tək İskəndərdir?
İskəndər
Qəlbimi yaxdı, ah, bu kinli köpək.
İskəndər qılıncı çəkib Flutu vurmaq istərkən Ərəstu onu saxlayır.
Ərəstu
Bir gənc sərkərdəyə bu kin nə gərək!
İskəndər
Onda nə hünər var, nə ağıl, şüur,
Həddini bilməyir bu azğın quldur.
Flut
Bağışla məni, ey şövkətli qeysər,
Dəyişdin, deyilsən böyük İskəndər.
O həris olduğun dəbdəbə, şöhrət
Yunana verəcək böyük fəlakət!
İskəndər
Fitnədir, fitnədir, bu azğın quldur. Bax, münafiqlərin cəzası budur!
İskəndər əlindəki qılıncla Flutu vurub öldürür.
Sərkərdələr arasında narazılıq düşür.
Ərəstu
Ah!.. Qeysər, neylədin?
Sərkərdələr
Bu, cinayətdir!
Axilles
Ölkəyə, dövlətə bu, xəyanətdir!
Bu zaman Flutun atası Parmenun gəlir. İskəndərin qarşısında baş əyir.
Parmenun
Nə qədər yazda şənlənir hər bağ, Hər qızıl gül olur işıqlı çıraq.
Taleyin olsun öylə şən, xəndan! Səndən alsın yaşıllığı bu cahan! Fələkin alnına yazılsın adın,
Çiçək açsın hər istəyin, muradın!
İskəndər
Necədir, söylə, naibim, sərdar?
Parmenun
Sizə çox-çox salamı, hörməti var. Naibin verdiyi bir əmrə görə,
Uca dərgaha gəlmişəm xəbərə. (Əlindəki məktubu İskəndərə verir) Hər yerdə İranı bürümüş üsyan, Ordunun qəlbinə çöküb həyəcan.
Şahqubad adlı bir bəla törəmiş,
Naibi sarsıdır bu qorxulu iş.
Çox siyasətçidir bu fitnə cəsur,
Başına toplamış neçə min quldur.
“Keyqubad nəsliyəm” deyir o, hələ, Bir Kəyan bayrağı keçirmiş ələ.
Böyüyür hər tərəfdə kin, üsyan.
İntiqam ilə çalxanır İran.
Çatmasa bu yaxında güclü kömək, Bütün İranı fəth, zəbt edəcək.
İskəndər
Ah, səbrim tükəndi, bu tülkü
Saymayır şiri, bilməyir ürkü.
Ərəstu
Qəlbini sarmasın düşüncə, məlal.
İskəndər
Aləmə it hürər, bizə də çaqqal!
Parmenun qələyə tərəf gedərkən qələ yanında düşmüş
Flutun cənazəsini görərək həyəcanla özünü onun üzərinə atır.
Parmenun
Ah, Flut, sənmisən, igid oğlum!
Çırağım söndü, ah, qırıldı qolum.
Ölümün ağzına kim atdı səni?
Qönçə ikən neçin saraltdı səni?
Sənə kim qıydı? Hansı bir alçaq?
İskəndər
(Acıqlı)
Həddini keçmə!..
Parmenun
(İskəndərə)
Qan içən axmaq!
Parmenun qılıncını çəkib İskəndərin üstünə hücum edərkən
Ərəstu onun qarşısını kəsir.
Ərəstu
Parmenun, dur, ana vətən, dövlət İntizama edir səni dəvət!
Bu çıxış, məncə, bir fəlakətdir,
Ölkəyə, dövlətə bir xəyanətdir!
Parmenunun qolları yanına düşür. Kənarda dayanmış sərkərdələr
Flutun cənazəsini aparırlar.
Parmenun
(Öz-özünə)
Etdiyim xidmətə bu oldu əvəz?
Bunu düşmən də düşmənə eləməz.
Göz yaşlarını silərək oğlunun cənazəsi ardınca gedir. Ərəstu
filosofanə nəzərlərlə ətrafı gözdən keçirir.
Ərəstu
Yenə dəhşətlə sarsılır afaq!
Yenə qan püskürür dəniz, torpaq! Damğalanmış ağıl, düşüncə, ürək... Sehrü tilsimlə oynayır bu fələk!
Yanında qılınc şaqqıltısı, mizraq, toppuz səsi, arabir dəhşətli nərələr eşidilir.
İskəndər
Qəlbimi bir inadlı qüvvət əzir,
Fikrini söylə, ey ağıllı vəzir!
Döyüşə var bu gün iki meydan:
Hansını məsləhət görür yaradan?
Ərəstu
İran əldən gedərsə qorxuludur!
Yatır üsyanı, ən xeyirli budur!
Çox ağırdır bu hal, bu vəziyyət,
Azalıb ordu, qalmayıb qüvvət.
Həm də sərkərdələr içində nifaq
Get-gedə kök salır, inadı burax!
Hələlik sən barış bu xaqanla,
Oynama hər dəqiqə dövranla!
Yenidən dolsa qüvvətə İran
Gedər əldən vətən, gedər yunan!
Bu zaman İskəndər ordusundan birneçənəfər Nüşabə ordusunun təzyiqi
altında səhnəyə doğru geriləyib vuruşa-vuruşa uzaqlaşır. Onların ardınca Uluğbəy
birdüşmənsərkərdəsini səhnənin ortasına tərəf gətirib qılıncla
öldürür. Təpə başında dayanmış İskəndər əli ilə üzünü örtür.
Uluğbəy
Ey şöhrət düşkünü, qürurlu qeysər, Qarşı çıx, ya igid pəhləvan göndər!
İskəndər
(Yanındakı Klitə)
Get, Klit, get susdur məğrur yağını, Əjdahanla soldur həyat bağını!
Klit meydana atılır. Uluğ bəy əlindəki qılıncını göydə oynadaraq, rəcəz oxuyur.
Uluğbəy
Filləri çeynəyən Uluğ bəy mənəm! Dəmirdən yoğrulmuş poladbədənəm! Qədəhim düşmənin baş tasındandır, Bu kəskin qılıncım qanlı vulkandır. Səni əjdahama yem doğmuş anan,
İstərsən gəl sına, bu sən. Bu meydan!
Klit
(Əlindəki qılıncı oynadaraq)
Aslanlar ürküdən Klit, bax, mənəm! Düşmənin qanından şərab içənəm. Gürzümə baş əyir əyilməz dünya, Mən kəmənd atıram günəşə, aya... Məni bu dünyada yenən olmamış! Vücudum yanar bir ocaqdır yaz, qış.
Hər ikisi bir-birinə hücum edərək vuruşurlar.
Arxadakı vuruşma səsi getdikcə yaxınlaşır.
Uluğbəy
Bilinər hünərin, güc vermə dilə!
Klit
Bu qılınc səni də döndərər külə!
Uluğ bəy ilə Klit səhnənin ortasında cinaq-cinağa durduğu zaman Nüşabə ildırım
sürətilə səhnəyə atılaraq əlindəki qılıncla ağır bir zərbə endirib, onların qarşı-qarşı-
ya dayanmış qalxanlarını bir-birindən ayırır.
Nüşabə
(İskəndərə)
Qarşı çıx, ey qürur saçan qeysər!
İki qoç nifaqı həll eylər.
Od yağır əjdahamın ağzından,
İstəyir ən qürurlu bir qurban!
İskəndər
(Qəzəblə)
Çox öyünmə, qüruru, lafi burax!
Yaramaz bunca sadədil olmaq.
Yenmişəm Hindi, Zənci, İranı, O cahan qəhrəmanı Daranı.
Sənə qarşı çıxarsa İskəndər,
Mənə dünya həqarət ilə gülər.
Buyurun, dost kimi edək rəftar.
Mənə dikbaşlıq etsən, ey salar,
Fur, Dara içən o şərbətdən
İçəcəksən, ölümlə oynama sən!
Nüşabə
Mən mənəm, sən də sən, nədir bu qürur! Mən nə Dara, Pələngərəm, nə də Fur.
Ey inadla qürur satan sərxoş!
Səndə insan təbiəti yoxmuş.
Bir cahan inləyir o pəncəndə,
Gəl görək qüvvə səndədir, məndə!
Hər ikisi qılıncını çəkib vuruşa hazırlaşır.
İskəndər
Böylə təhqirin, ah, cəzası nədir?
Nüşabə
Öz atan eyləmiş səni təhqir,
Çünki doğmuş səni kəbinsiz ana.
İskəndər
Ox ilə vurdu qəlbimin başına.
(Qılıncı çəkib hücum edir)
Qəzəbimdən əsir bütün bədənim.
Nüşabə
(Qılıncı rədd edərək)
Ey Filippin müqəddəs oğlu, mənim
Nə qolum titrəyir, nə də ürəyim!
Vətən azadlığı böyük diləyim.
Hər ikisi vuruşur, İskəndərin qılıncı yerə düşür.
Nüşabə qılıncı götürüb İskəndərə verir.
Ərəstu
(İskəndərə yaxınlaşıb kinli səslə)
Kinini ud, siyasətə əl qat!
İskəndər
Durma, bu fikri düşmənə anlat!
Ərəstu
Ey ədalətli, möhtərəm xaqan!
Nə gərək bu döyüş, bu fitnə, bu qan? Kinli qovğadan əl çəkir qeysər.
Sən də bu sülhə gəl riza göstər.
Qeysərin vardır ehtiramı sizə,
Dost kimi girmiş idi ölkənizə,
Yenə də dost kimi dönür vətənə.
Nüşabə
Heç inanmaq olarmı qaniçənə?
Hiylənin qardaşı siyasətdir!
Bu da bir pərdəli xəyanətdir.
Atalar söyləmiş: görüncə saqın
Başını o zəhərli əjdahanın!
Ərəstu
Ey ağıllı igid, cəsur xaqan!
Bu Ərəstuyə sən ürəkdən inan.
Burda nə pərdəli xəyanət var,
Nə bir bir hiylə, bir siyasət var!
Nüşabə
Bəllidir, kinlə çalxanır İran,
Çağırır qeysəri böyük üsyan!
Dediyin sülhə razıyam mən də.
Ərəstu
Orduna ver xəbər bunu sən də.
İskəndər
(Klitə)
Təbli vurdur, get ordunu qaldır!
Klit gedir, Ərəstu İskəndərə yaxınlaşır.
Nüşabə
(Uluğ bəyə)
Barışıq var deyə. Boru çaldır!
Ərəstu
Nə gərək bu kədər, düşüncə? Gedək! Bir məsəldir bu: yolçu yolda gərək!
İskəndər
(Həyəcan keçirərək)
Bir qiyamət açım o torpaqda
Dümdüz olsun bütün dərə, dağ da.
Nə Xorasan qoyum, nə də İran...
Anlasınlar nədir mənə üsyan.
Səhnə arxasında İskəndər ordusunun boru səsləri eşidilir
Uluca
(Nüşabəyə yaxınlaşaraq)
Qaplan İranda qurmuş öylə duzaq,
Orada əl-qol açmaq olmayacaq.
Səhnə arxasında təbillər səslənir.
Ərəstu
Ona qalsın bu dəbdəbə. Bu çadır.
İskəndər
Bu dönük çarx, bax, nələr yaradır!
Səhnə arxasında Nüşabə ordusunun boru səsləri eşidilir.
İskəndər
(Səhnəyə toplaşmış Rum ordusuna nəzər salaraq)
Əlvida, ey səfil, rəzil ölkə!
Sənə bir gün yolum düşər, bəlkə.
İskəndər öz sərkərdələri ilə bərabər səhnədən
uzaqlaşarkən Nüşabə ona yaxınlaşır.
Nüşabə
Get, bu dadlı xəyaldır ancaq!
Çox İskəndər başı yemiş bu ocaq.
Burada çox mənəm deyən başlar
Özünə öz əlilə qazdı məzar.
İskəndər ordusu səhnədən uzaqlaşır. Nüşabəordusu, Gəray,
Tərxanözigidləri ilə səhnəyə gəlirlər.
Uluca
(Nüşabəyə yaxınlaşaraq)
Kimdə vardırsa əql, əzm, hünər,
Hər nəhəngi məharət ilə yenər!
Uluğbəy
(Nüşabəyə yaxınlaşaraq)
Yaşa, xaqan, sənə baş əydi zəfər,
Əzmin altında inlədi qeysər.
Gəray
Göyə dəysin əyilməyən o başın!
Tərxan
(Nüşabəyə)
Mehrab olsun cahana əyri qaşın!
Nüşabə
Babalardan süzüldü saf qanımız,
Nə qədər var həyatımız, canımız. Bizi qoynunda bəsləyən torpaq.
Düşmənə, bil ki, tapdaq olmayacaq! Qəlbimizdir bölünməyən vətənim!
Tərxan
O mənimdir!
Gəray
O mənimdir!
Hamı
O mənim!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-nusabe-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Kimdir ki, verməsin könül əbrukəmanlaraKimdir ki, verməsin könül əbrukəmanlara,Dil verməmək mahaldı bu dilsitanlara.
Tarixi-müqəddəsYıldızlı şıq qabı,Parçalanmış kitabı, -
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi