Bir obada körpə quzu,Mələr-mələr, qaçar düzü,Anasın axtarar gözü.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.Gün əyildi, çökdü duman,Sürü qayıtdı otlaqdan;Səs-küy ilə doldu hər yan.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,Fatı xala gəlib sağar;Quzum mələr, durub baxar.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.

Anasını quzum görər,Ayaqların yerə dirər,Məməsini tapıb əmər.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.

Quzum çıxdı göy otlağa,Yanaşdı bir boz oğlağa,Çıxdı onunla oynağa.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets