Contents
  1. İştirak edənlər
  2. Birinci səhnə
  3. İkinci səhnə

Page 1 of 2

İştirak edənlər

Qəzavüqəd ər mələyi – qoca ağsaqqal kişi

Pərilər – gənc qızlar şəklində

Basyat – türk xaqanının oğlu. 20 yaşında

Tapdıq – çoban. 40 yaşında

Alagöz – Tapdığın qadını. 35 yaşında

Gözəl – Tapdığın qızı. 18 yaşında

Div

Birinci səhnə

Orman. Ağaclıq. Qəzavü qədər mələyi əski türk ruhaniləri qiyafəsində olaraq bir
kötük üstündə oturmuş, önündə böyük bir kitab vərəqləyib bir takım şeylər yazır. Bas-
yat mütərəddid addımlarla daxil olur. Daha sonra iki yandan pərilər oxuya-oxuya gə-
lib Qəza mələyinin ətrafında sıra ilə durar və oynarlar.

Basyat (səhnəyə daxil olub Qəza mələyinə). Gün aydın, baba!

Qəzamələyi (heyrətlə baxaraq). Aydınlar olsun, oğlum! Bura quş gəlsə qanad salar, qatır gəlsə dırnaq, sən buralarda nə dolaşırsan?

Basyat. Mən Kişmir xaqanının oğlu Basyatam. Bu ormanda bir ov qaçırdım, onu araya-araya gəlib bura çıxdım... Söylə, sən kimsən? Dostsan, ya düşmən? Bu kitab nədir? Ona nə yazırsan?

Qəzamələyi. Oğlum, sorma! Mənim kim olduğumu bilmək nəyinə lazımdır? Tanrı qonağısan, otur yorğunluğunu al. (Taxtın ucunu göstərir)

Basyat. Yox, baba, kim olduğunu bilməyincə, oturmaram. Söylə sən kimsən?

Qəzamələyi. Sorma deyirəm, oğlum. Mənim kim olduğumu bilməkdə sənə bir fayda yox, başqa bir işin-gücün varsa, söylə, əlimdən gələn yaxşılığı səndən əsirgəmərəm.

Basyat (Qəza mələyinin ətəyindən tutub). Baba, inan, kim olduğunu bilməyincə buradan getməyəcəyəm. And verirəm səni dağ və orman pərilərinin cadu gözlərinə, and verirəm böyüklər böyüyü göy tanrıya, and verirəm gözəlliklər və aydınlıqlar tanrısı günəşə, kim olduğunu mənə söylə!

Qəzamələyi. Mənim kim olduğumu indi ki bilməyə bu qədər can atırsan, söylərəm, oğlum! Mən qəzavü qədər mələyiyəm. Dünyanın qurtaracağı olan bu ormanda oturub bütün insanların başına gələcək qəza və qədəri bu kitaba yazıram.

Basyat (heyrətlə). Mənim qəzavü qədərim də yazılmışmı, baba?

Qəzamələyi. Yazılmışdır, oğlum, türk elləri sənin qədər uğurlu igid yetişdirməmiş. Türk elinin ən böyük yağısı olan yeddibaşlı divi sən öldürüb, onun əsiri olan dünya gözəlini sən qurtaracaqsan. Onunla qızıl alma bağında şən-şən yaşayacaqsan.

Basyat. Dünya gözəlini? (Heyrətlə)

Qəzamələyi. Oğlum, dünya gözəlinə sahib olacaq və türkliyə ön və şan qazandıracaqsan.

Basyat. Oh, baba! Sən mənə nələr söyləyir və nələr xatırlatıyorsan? Üç ay əvvəl yuxuda görüb ismini öyrəndiyim və o zamandan bəri eşqində gecə-gündüz çırpındığım gözəldən xəbər verirsən.

Qəzamələyi (kitabın yarpaqlarını barmaqları ilə çevirə-çevirə). Oğlum, bu kitabda sənin qəzavü qədərini müfəssələn yazmışam. İndi sənə bir çox şeylər anladacağam.

Uzaqda musiqi və nəğmə səsi eşidilir, get-gedə səs yaxınlaşır,
orman pəriləri səhnəyə daxil olub oxuyurlar.

Ormanpəriləri (mələyə)

Gün aydın orman xaqanı,

Sən bəzətdin bu ormanı,

Bu yerlərdə şux pərilər,

Sənə tapar, səcdə eylər.

Sənin kölgən bizə cənnət,

Bizdən sana min-min hörmət.

(Oynayıb oxuyurlar)

Bu ormanın pəriləri,

Yıldız, çiçəkdir hər biri.

Şəfəqlərlə oyanırıq,

Rəngə, ətrə boyanırıq.

Yıkanırıq süd göllərdə,

Sevilirik şən ellərdə.

Ormanlıqda uçarıq biz,

Yad görüncə qaçarıq biz.

Ay və günəş batan yerlər,

Gözəl ruhlar yatan yerlər.

Gəzdiyimiz, yatağımız,

Sönməz bizim ocağımız.

Hər birimiz pəri bir qız,

Qibtə edər bizə yıldız.

Bizə məftun qəhrəmanlar,

Yolumuzda qoyar canlar.

Gülüşümüzdən çiçək doğar,

Baxışımız şimşək boğar.

Basyat (heyrətlər içində sazı çalıb oxuyur)

Bir dünya gözəli röyada gördüm,

Dağınıq saçını daradım, hördüm.

Elbəel dolaşdım, hər kəsdən sordum,

O nur əndamlıdan xəbər verən yox.

Sizə çox bənzərdi boyu, buxunu,

Baxışı, gülüşü, incə tül donu,

Yıldızdan, günəşdən soraram onu,

Pərivicdanımdan xəbər verən yox.

Başında ondördcə örük saçı var,

Ağlarkən gözündən incilər damlar,

Divə qul oldum der, gəl bəni qurtar,

O nazlı yarımdan xəbər verən yox.

Pərilər (Basyata oxuyurlar)

O dünya gözəli alma bağında,

Yeddibaşlı divin başı qucağında,

Öpüş ləkəsi var al yanağında,

Gecə-gündüz ağlar, oğlan, durma get!

Basyat (sazı əlindən ataraq gəzinir və bığlarını çeynəyir). Ox, vətənin parlaq günəşi sönmüş, rəngin çiçəkləri solmuş, coşqun irmaqları qurumuş... Dünya gözəli div qucağında saralıb-soluyor. “İntizara söhbət haramdır” deyərlər, yolçu yolda gərəkdir. (Qəza mələyinə) Baba, mən getməli oldum. Bu səfərdə mənə nələr görünüyor?

Qəzamələyi (kitabı vərəqləyib). Oğlum, bu səfərin çox uğurludur. Bu kitabda yazıldığına görə, gedərkən yolda Tapdıq adlı yoxsul bir çobanla görüşəcəksən. Onun gözəl bir qızı var, bir neçə ildir ki, qarnından xəstədir. O qızı xəstəlikdən qurtarıb, sonra ona evlənəcəksən.

Basyat (əli xəncərinin qəbzəsində). Sus, qoca falçı! Xaqan oğlu

Basyat bir çoban qızına evlənməz, suyu-boyu bəlli olmayan bir qız Basyatın ocağına girməz! (Hiddətlə Qəza mələyinə baxır)

Pərilər (Basyata üzlərini tutub oxuyurlar)

Türk soyunda xan yoxdur, xaqan yoxdur,

Yalqız el, oymaq var, bir də vicdan var.

Qızğın bir sevgi var, coşqun iman var,

Qeysər və Kəsra yoxdur, sultan yoxdur.

Qəzamələyi (acıqlı). Oğlan! Mən olacağı söyləyirəm. Yazıya pozu yoxdur!

Basyat (əli qınından yarı çıxmış xəncərinin qəbzəsində olduğu halda). Axmaq falçı! Tfu sənə və yazdığın kitaba, yazı-pozuya! (Əli xəncərində, odlu baxışlar və mütərəddid addımlarla çıxır)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets