Valehin olmuşam, kərəm eyləsən,Dilbərə dilimdən can əskik olmaz.Qurbanı kəsərəm qurban üstündən,Nə bir, nə beş, nə on, san əskik olmaz.

Dolannam başına gündə üç kərə,Yolunda xəsislik etmərəm sərə.Həmdəm ola mənə, o, könül verə,Xoş deyib-güldüyüm an əskik olmaz.

Məmmədhüseynəm, al qumaşa bəzərəm,Qulluğunda sağa-sola süzərəm.Dil verməsə Yarəb, necə dözərəm,Dil versə ipək şal, don əskik olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets