Yara canımı
Qınamayın, ilqar, iman yolunda,Mən qurban demişəm yara canımı.Çəkərəm cəfasın lap bu yolun da,Əyyub kimi basa yara canımı.
Vəfasıza uyan solar, saralar,Qürurunu nadan alar, sar alar.Sardan törəyənin özü sar olar,Sar qapısın sadiq yar açanımı?
Məmmədhüseyn təmiz yar aşığıdı,Düz əhd sevənlərin yaraşığıdı.O kəs ki, ömrümün yaraşığıdı,“Of” demərəm, şaqqa yara canımı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sair-memmedhuseyn-yara-canimi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məni sevən kəsi sevə bilmədim,Sirli arzuların uçdum əlində.
Eşq yolunda gərəkdür himməti-ali rəfiqEşq yolunda gərəkdür himməti-ali rəfiqKim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Gözlərimdən tökülür bu dili-müztər qanıGözlərimdən tökülür bu dili-müztər qanı,Böylə nahəq yerə tökmə, a gözüm, hər qanı.