Bir it ağzında bir sümüklə səhər,Su kənarından eyləyirdi güzər.Suda öz kölgəsin görüb o zaman,Sandı bir özgə itdir ol heyvan.Sümüyü atdı tez o bir yanə,Suya vurdu özün hərisanə,O iti ta ki, qorxuya salsın,Bəlkə ağzındakı əti alsın.Tapmadı bir şey, oldu çox qəmgin,Həm itirdi nahaq yerə xörəyin.Kölgəyə uyma, hirsü qəflətdən –Ta əlin çıxmasın həqiqətdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets