Sevmirdim onu. Ailə qurmaq da istəmirdim. Çox kasıb yaşadığımız üçün işləyib ata-anamı vəziyyətdən çıxarmaq barədə düşünürdüm. Həm də hərbçiylə çətin olacaqdı. Bunu özü də mənə demişdi, qohumlar da. Bircə mənimlə açıq danışması xoşuma gəldi. Gördüm, mərd adamdır.

Fikrim qəti idi. Ailə qurmaq ağlımın ucundan da keçmirdi. Atam imkan vermədi. O, anamla dolanmırdı. Evimizə elə bir ziddiyyət düşmüşdü ki, başımı alıb qaçmaq məcburiyyətində qaldım. Belə bir vaxtda yun papaqlı zabit üzümə qapı kimi açıldı.

Altı ay get-gəldən sonra valideynlərim razılıq verdilər.

Murovun əfsanəvi kəşfiyyatçısını nişandan sonra tanıdım və qorxdum! O, əsl qəhrəman idi! Onun qadını olmağı bacaracaqdımmı?

Tanıdıqca sevdim. Başqa cür mümkün deyildi.

Yataqxanaya gəlin köçdüm. Aqşin doğulandan bir az sonra Toğanaya getdik. Orda ev tutmuşduq. İşıq yox, qaz yox, qohum yox, həyan yox. Şəhərdə böyümüş qız qucağında körpə uşaq yalnız göy üzü görünən dərin və kimsəsiz bir dərənin dibinə atılmışdı. Ancaq axşam o gələcəkdi! Buna görə hər əziyyətə qatlaşırdım. Xasiyyətim də getdikcə dəyişirdi. Çılğınlığım soyuqqanlılıqla əvəz olunurdu. O, məni yavaş-yavaş özünə oxşadırdı.

Ağstafaya dəyişilənəcən orda qaldıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 9. Gizir Səfərov

Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”

20185 min
İkinci hissə, 10. Komandir

Düzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.

20183 min
İkinci hissə, 11. Qırğı

Kəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.

20181 min
İkinci hissə, 12. Komandir

Təmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.

20183 min

Poems by other poets