Dördüncü hissə, 28. Komandir
Nə Ağstafa Murov idi, nə də mən həminki adam. Arada Polkovnik Nəbiyevə qulaq asmayıb bura qərargah rəisi gəlməyimə peşman olurdum. Yadımdadır, o, soyuq nəzərlərini üzümdə gəzdirib demişdi:
“Getməyini istəmirəm! Mənə burda çox lazımsan. Amma seçim özünündür.”
Dinməmişdim. Məcbur olub konkret suala keçmişdi:
“Düzünü de, getmək ürəyincədir?”
“Ürəyimcədir!” - tərəddüd etmədən dillənmişdim. Çünki doğrudan da, belə idi. Mən rütbə almaq, daha böyük vəzifələr tutmaq və daha çox iş görmək arzusuyla yaşayırdım.
Beləliklə, Şəmkir korpusunda xidmət illərim başladı. Bura “701”-dən yadigar qalmış Murova bənzəyirdi. Hər şeyi sıfırdan başlamaq lazım gəlirdi. Gəldiyim ilk gündən anladım ki, məni bunun üçün dəvət ediblər.
Gümüşü işığı görmək arzusuyla gecələr yatmır, bütün sutkanı işləyirdim. Mənə elə gəlirdi, ürəkdən ibadət edənləri Tanrı mükafatlandırdığı kimi, mən də daha çox işləsəm, o işıq gözümə görünəcək. Hətta onun dalınca Hərbi Akademiyaya oxumağa da getdim. Ağstafadan ayrılıb məni gözləyən torpaqlara qayıtmağım üçün bu, vacib idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-28-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
O vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Maşına əl elədi. Saxladıq. Köməkləşib meyiti kuzaya qaldırdıq. Soruşdum, kimsən, hardan gəlirsən, atışma gedən yerdən aralı, yiyəsiz düzəngahın ortasında bu əsgəri kim öldürüb? Əməlli bir cavab vermədi. Kuzada oturub kürəyini “bort”a söykədi və anındaca mürgülədi. Bizim uşaqlardan biri “Bu, rusa oxşayır” deyib onu silkələdi:“Ey, sluşi, kimsən?”
Birinci hissə, 15. KomandirErgi tərəfdəki postlarımıza hücum olmuşdu, təcili köməyə getməliydik. Yorğun olduğuma baxmayaraq, qaçıb batalyon komandirinin “UAZ”-ına mindim.Ergidə fəlakət baş vermişdi. Düşmənin doqquz tankı qəfil hücuma keçib səngərlərimizi dağıtmış, əsgərlərimizi qırıb-çatmışdı. Biz ora çatanda, qeyri-bərabər qüvvə ilə düşməni geri oturdub, döyüş meydanında qalan yaralıları çıxarırdılar. Dedilər, düşmən geri çəkiləndə bizim yaralı əsgərlərin hamısının başına güllə sıxıb, bir nəfər təsadüfən sağ qalıb. İndi onların postunun lap yaxınlığında əl-qol ata-ata kömək istəyir, yaxınlaşmaq mümkün deyil.
İkinci hissə, 1. Polkovnik NəbiyevBaş qərargahla uzun-uzadı telefon danışığından sonra kəşfiyyat əməliyyatının keçirilməsi üçün razılıq ala bildim. Mərkəz atəşkəsin pozulacağından qorxurdu. Onları qınamırdım. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə sülh danışıqları apardığımız bir vaxtda müharibəyə başlamaq əleyhimizə yozular, bizi istəməyənlərin dəyirmanına su tökərdi. Həm də, açıq desək, döyüşə hazır deyildik. 701-in məğlubiyyətindən sonra Murovda mövqelərimizi təzə-təzə möhkəmləndirirdik. Mən bu istiqamətə təyin olunan gündən postlar yaradır, səngərlər qazdırırdım. İş həddindən artıq çox idi. Çətinliyimizin ən böyüyü relyeflə bağlıydı. Postlara yemək və su qaldırmaq böyük problemə çevrilmişdi. Maşın yolu yalnız Ömər aşırımınacan gedirdi. Hündür, boz qayalardan ibarət olan yüksəkliklər hərbi hissədən çox aralı olduğu üçün əsgərlər postlara lazım olan şeyləri çiyinlərində daşıyırdılar. Seyrək havada dik uçurumlara qalxanda adam təngnəfəs olur, addım ata bilmirdi. Qışda isə aylar uzunu düşmənlə deyil, qar və şaxta ilə döyüşməli olurduq.Atəşkəsin pozulmayacağına qəti söz verməmiş əməliyyata icazə ala bilmədim. Demək, planımız məxfi qalmalı, kəşfiyyatçılar iz buraxmamalıdır. Tapşırıq məsuliyyətli və çətin idi. Söhbət Kəlbəcər üzə adlayıb düşmən tərəfdən girov gətirməkdən gedirdi. Buna görə kəşfiyyat qruplarına rəhbərliyi nəzərdə tutulan şəxslərlə birbaşa özüm görüşmək qərarına gəldim. Əməliyyata da özüm rəhbərlik edəcəkdim. Çoxdankı arzum olsa da, kəşfiyyat xidmətini hələ tam formalaşdıra bilməmişdim. Düzdür, belə bir xidməti yaratmış, Kapitan Rəşidovu rəhbər təyin eləmişdim, amma hələ qarşıda çox iş görülməli idi. Ən vacibi, zabit çatışmırdı. Ona görə də kəşfiyyat xidmətinin yalnız bir bölüyü vardı.
İkinci hissə, 2. Komandirİlk kəşfiyyat əməliyyatına da briqada komandiri Polkovnik Nəbiyevin tapşırığı ilə getmişdim. Onda mənimlə şəxsən görüşməmişdi, əmri xidmət rəisi Kapitan Rəşidovdan almışdım. Uşaqları rəisin məsləhəti ilə seçdim. Qırğı da yeni gəlmişdi. Onun gözlərindəki parıltı diqqətimi çəkdi, həvəsli olduğunu görüb əməliyyata yazdım.Tapşırıq belə idi: Kəlbəcərin Yanşaq kəndinə gedib müşahidə aparmalıydıq. Aldığımız məlumata görə, ora ağır artilleriya və texnika gətirilirdi.
Poems by other poets
Yar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.
İgid ərlərİgid ərlər ölümdən qorxmayan ölməz ərənlərdir,İgid ərlər döyüşdə ad alıb da can verənlərdir.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
OlduKöçübdü sultanım, sərdarım, xanım,Qəlbim qəm evində pərişan oldu.