Dördüncü hissə, 29. Mayor Poladov
Onunla üçüncü dəfə Şəmkir korpusunda rastlaşdım. Onda mən də orda xidmətdə idim. Murovun qəhrəman kəşfiyyatçısı gələn gündən zabit kimi ad çıxarmışdı. Əsgərlərlə ünsiyyəti, hərbi hissədə gördüyü işlər, əsgərlərə öyrətdiyi biliklər görünməmiş nümunə idi. Onun yorulmadan, usanmadan, bezmədən bu qədər əziyyətə qatlaşması mənə qəribə görünürdü. O, ətrafdan təcrid olunaraq, dərvişvari xidmət keçirirdi. Maaş-zad verməsəydilər, gedib istəməzdi də. Bizə fədakarlıq kimi görünən işləri o, borc kimi yerinə yetirirdi. Tabor komandiri əlini cibinə qoyub dolayı gəzir, yeri gələndə beşdən-üçdən qazanırdı. Hərdən dözmürdüm, deyirdim, Orucov, komandirin kefdədir, sənsə özünü şəhid edirsən, heç olmasa arada istirahət elə, məzuniyyət götür, evə get. Eşidəndə ki, yeddi aydır evə getmir, az qaldım dalaşam! Dedim, müharibənin ən ağır vaxtlarında da ayda bir-iki dəfə evimizə dəymişik, ailəmizlə görüşmüşük, belə olmaz axı. Bircə onda mənimlə razılaşırdı, “Düz deyirsən!” söyləyirdi.
Xidmət! Xidmət! Xidmət! Onun üçün bircə söz vardı. Söz yox, dua idi ağzında.
Onu Allah xidmət üçün yaratmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-29-mayor-poladov
Use ← → keys to move, R for a random poem
More by this author
Mən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.
İkinci hissə, 24. KomandirSuyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”
İkinci hissə, 25. QırğıKolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.
İkinci hissə, 26. KomandirƏsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.
Poems by other poets
Yarıldı yerin köksü – əbədiyyət qapısı,Qəbirstanlıq yolları dolub-daşdı adamla.
Vəfasız xanımEşqi, məhəbbəti unudan xanım,Nə qəsd edib yara vurdun Əfqana.
OlmuşEy bivəfa, qədir bilməz dilbərim,Şikayətim səndən bir kitab olmuş.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,