İkinci hissə, 18. Komandir
Qırmızı “Niva” kəndin dağılmış evlərinin arasından burula-burula keçib ağacdan düzəldilmiş şlaqbauma yaxınlaşdı. Şlaqbaumu qaldırdılar, içəri keçib salamat evlərdən birinin qarşısında dayandı, içindən zabit düşdü. Bir azdan hardansa əsgərlər peyda oldu. Onlar, elə bil, porsuq kimi yerin altından çıxırdılar. Demək, bura ayrıca bölükdür, “Niva” qərargahdan zabitləri gətirir.
Səhər düzülüşü başladı. Əsgərlər addımlaya-addımlaya oxuyurdular: “Yes heros zinvor...”
Səhər düzülüşü və hərbi yerişin ardınca yemək üçün binaya doluşdular. Durbini gözümdən çəkəndə hərbi hissənin üstündə “Qaz-66” markalı maşın gördüm. Yanında üç-dörd əsgər vardı. Durbinlə baxdım. Rabitə maşını idi. Maşının üç-dörd addımlığından uçurum başlayırdı. Yanındakı əsgərlər azalsaydı, birini tutub o uçurumdan yendirmək olardı. Qaranlıqda lap dördünü də gətirərdik. Gecə səsini eşitdiyimiz it rabitə maşınının yanında bağlıydı.
Bölük yerləşən ikimərtəbəli evin əlli-altmış addımlığındakı dərənin qaşında taxta tualet vardı. İstədiyimiz adamı ordan da götürə bilərdik. Hətta fürsət gözləyib, zabit də tutardıq. Bu köpəkuşağı gün ərzində bir dəfə tualetə gəlməyəcəkdilər?
Kapitan Rəşidovun gözəl bir sözü var, deyir, kəşfiyyat cibə girməyə bənzəyir; ən gözlənilməz anda, ən gözlənilməz yerdən hərəkətə keçməlisən. Dərənin qaşında tikilən taxta tualet Dəmirçidamdakı bölüyün cibi sayılırdı.
Gün-axşamacan üstümüzə ot atıb bölük yerləşən ərazini və ətrafını müşahidə etdik. Əhval-ruhiyyələri yüksək deyildi. Hər tərəfdə süstlük hökm sürürdü. Əsgərlər yanlarını basa-basa, ayaqlarını sürüyə-sürüyə yorğun atlar kimi yeriyirdilər. Onları bizim piyada bölüyünün əsgərləri ilə müqayisə etdim.
Gündüz meşədən çıxmaq olmazdı. Gecəni gözlədik. Gizir Səfərovla çavuş Əsədovu götürüb bölüyə yaxınlaşdım. Biz “cücə”mizi tualetin ya yanında, ya içində gözləməli idik. Başımı qaldırıb yanımıza gələn cığıra baxan kimi evin həyətində itlər hürüşdü. Rabitə maşınının yanındakı it onların səsinə səs verdi. Qarovulda dayanan əsgər çobanlar kimi qıylayıb göyə güllə atdı. Biz məcbur olub uçurumla aşağı yendik və itlər susana qədər bölüyə yaxınlaşmadıq.
İkinci həmləni rabitə maşınına etdik. İtlər bu dəfə də səs-küy saldı. Hirslənmişdim. Az qala silahı çəkib maşını gülləyə tutacaqdım.
Üçüncü həmləyə tək getmək qərarına gəldim. Tək getsəm, bəlkə itlər məni görməzdi. Səfərov etiraz etdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ikinci-hisse-18-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.
Birinci hissə, 13. KomandirKolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.
Birinci hissə, 14. XanıO vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Maşına əl elədi. Saxladıq. Köməkləşib meyiti kuzaya qaldırdıq. Soruşdum, kimsən, hardan gəlirsən, atışma gedən yerdən aralı, yiyəsiz düzəngahın ortasında bu əsgəri kim öldürüb? Əməlli bir cavab vermədi. Kuzada oturub kürəyini “bort”a söykədi və anındaca mürgülədi. Bizim uşaqlardan biri “Bu, rusa oxşayır” deyib onu silkələdi:“Ey, sluşi, kimsən?”
Birinci hissə, 15. KomandirErgi tərəfdəki postlarımıza hücum olmuşdu, təcili köməyə getməliydik. Yorğun olduğuma baxmayaraq, qaçıb batalyon komandirinin “UAZ”-ına mindim.Ergidə fəlakət baş vermişdi. Düşmənin doqquz tankı qəfil hücuma keçib səngərlərimizi dağıtmış, əsgərlərimizi qırıb-çatmışdı. Biz ora çatanda, qeyri-bərabər qüvvə ilə düşməni geri oturdub, döyüş meydanında qalan yaralıları çıxarırdılar. Dedilər, düşmən geri çəkiləndə bizim yaralı əsgərlərin hamısının başına güllə sıxıb, bir nəfər təsadüfən sağ qalıb. İndi onların postunun lap yaxınlığında əl-qol ata-ata kömək istəyir, yaxınlaşmaq mümkün deyil.
Poems by other poets
Yarəb nə şurdur ki tutubdur cahanı pul,Vurmuş biri-birinə zəmin və zəmanı pul.
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Derdim o məst gözlərinin çox bəlası varDerdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
دادم به مسیوهال خراسان راعیسی صفت گریختم از احمق