İkinci hissə, 19. Gizir Səfərov
Başımı hansı daşa-qayaya çırpım? Nə qədər çalışıram, təkbaşına düşmən bölüyünə getməsinin yanlış olduğunu komandirə başa sala bilmirəm. Heç olmasa arxadan müşayiət etməyimizə icazə versin. Dirəşib. Hələ bir dediyi sözə baxın:
“İtləri meşəyə tərəf bağlayıblar. Kənd tərəfdən gəlsəm, görməyəcəklər.”
“Tutaq ki, gəldiniz, nə edəcəksiz?” - Qırğı da düzəməlli bir sual verərmiş.
Komandirin cavabını eşidəndə tüklərim biz-biz oldu:
“Kazarmaya girəcəm!”
“Dəlisiz?” - özümdən asılı olmadan dilləndim.
“Ağıllı adamın burda nə işi var?” - cavab sərrast idi, alnımın çatından dəydi və məni susdurdu.
Komandiri saxlaya bilmədik. O, əlini-qolunu salla-sallaya Dəmirçidama tərəf addımladı. Heç bizimlə vidalaşmadı da! Kölgəsi qaranlığa qarışıb itən kimi Qırğını qucaqlayıb sızıldadım. Komandirdən əlimi üzmüşdüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ikinci-hisse-19-gizir-seferov
Use ← → keys to move, R for a random poem
More by this author
Ətrafı bir də gözdən keçirib mövqe tutduq, Səfərovla Əsədovun təhlükəsiz hərəkət etməsi üçün şərait yaratdıq. Səfərov bizə yaxınlaşan kombaynın arxasına keçib pilləkənin üstünə atıldı. Arxa şüşədən içəri boylanıb qapının tutacağından yapışdı. Qırğı kombaynın qabağında peyda olub silahını kabinəyə tuşladı. Kombayn dayandı. Gizir Səfərov qapını açıb sürücüylə boğuşdu, onu dartıb yerə saldı. Sürücü “Bandit!” deyə qışqırdı.Qırğı da gursaçlını dartıb düşürdü. Gursaçlı baş verənləri o dəqiqə anladı: “Tooork!!!”
Üçüncü hissə, 13. QırğıZəmidən çıxanda “Qaz 53”-ün tormoz borularını kəsdik, təkərlərini deşdik. Sürücü xahiş edirdi:“Nə olar, kombaynı söndürün, təzə almışıq, heyifdi, xarab olmasın.”
Üçüncü hissə, 14. KomandirSel yolunun ayağında iri bir daş vardı. Uşaqların yorulduğunu görüb bu daşın altında dincəlmək, çörək yemək qərarı verdim. Gecə boyu yol gəlmişdik, üstəlik, səhər tezdən narahat bir yenişi aşağı düşmüşdük. Gün xeyli qalxmışdı. Qısa istirahətləri nəzərə almasaq, buracan dayanmadan yerimişdik.Daşın altını, elə bil, bizim üçün hazırlamışdılar. Sel yolu ovcumuzun içi kimi görünürdü. Ardımızca gələn olsa, çılpaq yamaclarda sərçə kimi dənləyərdik. Amma gündüz su şırnağı ilə qalxsaq özümüz qarşı dağın hədəfinə çevrilərdik.
Üçüncü hissə, 15. Gizir SəfərovƏslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.
Poems by other poets
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
بر سبکروحان چو عیسی سوزنی لنگر شودبرگ کاهی چشم را مقراض بال و پر شود
Səriyyənin ölümüMən görmədim, söyləyirlər bir gecənin sonundaSənə qıyan mərhəmətsiz, soyuq bir əl qudurdu.
Bədayeyi-təbiətƏrzi-rüxi-bəhcət ediyor lövhi-təbiət,Feyzavəri-vicdan oluyor sanki həqiqet.