Bir Leyli sevib eşqdə sövdalərə düşdüm.Məcnunə dönüb daməni-səhralərə düşdüm.

Sövdayi-səri-zülfdə sərmayəmi verdim,Sud eyləmədim, gör necə sövdalərə düşdüm.

Bir tifli-səğir aldı mənim əqlimi əldən,Ey pir könül, gör qəmi-kübralərə düşdüm.

Hər canibə bax, bir büti-hərcayi görərsən,Hər yerdə əcəb töhməti-bicalərə düşdüm.

Sənani olub, bir büti-tərsa tələbindəHərdəm həvəsi-deyrü kəlisalərə düşdüm.

Şayəd gətirəm damənə ol dürri-yətimi,Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm.

Ta ki, bir əlin öpmək üçün piri-müğanınSaqinin əyağından öpüb palərə düşdüm.

Əksi-rüxüvü sağəri-səbhadə görən dəm,Bitab oluban özgə təmənnalərə düşdüm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bildi məni nadan, elədi pənd xəlayiq,Səd şükr ki, Seyyid, dili-danalərə düşdüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love