Dil aşiq olub zülfüvə sevdalərə düşdü,Məcnun kimi zəncir ilə səhralərə düşdü.

Ta camə üzün əksi düşüb, ey ləbi meygun,Çox xam-təmə qeyr təmənnalərə düşdü.

Sirri-dəhənin söylədilər rəmz ilə mərdüm,Bu mübhəm olan nöqtə müəmmalərə düşdü.

Zülfün elədi xatiri-üşşaqı nişimən,Ol şəkli-çəlipa bu kəlisalərə düşdü.

Ta qətreyi-neysan ola dəndanüvə nisbət,Əl əbrdən üzdü, dili-dəryalərə düşdü.

Gəh sərzənişi-xəlq, gəhi kineyi-gərdun,Eşqində başım, gör ki, nə qovğalərə düşdü.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yandırdı məni şəşəeyi-nuri-cəmalın,Musa kimi Seyyid bu təcəllalərə düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love